CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dönərdən zəhərlənənlərin son durumu və sayı açqılandı

© pixabay / LibbyandMarcelcom / DonerDönər
Dönər - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir.
BAKI, 16 oktyabr — Sputnik. Tovuzda dönərdən 21 nəfər zəhərlənib. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə cavabda bildirilib.

Qeyd edək ki, bundan əvvəl 18 nəfərin zəhərləndiyi barədə xəbər yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0