https://sputnik.az/20241016/cin-iki-ton-yukdasiyan-pua-istehsal-edib-468111420.html
Çin iki ton yükdaşıyan PUA istehsal edib
Çin iki ton yükdaşıyan PUA istehsal edib
Sputnik Azərbaycan
Çəkisi 6 ton olan bu PUA 2 tona qədər yükdaşıma qabiliyyətinə malikdir və həm pilotsuz, həm də pilotsuz rejimdə idarə oluna bilər. 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T22:14+0400
2024-10-16T22:14+0400
2024-10-16T22:14+0400
pua
hərbi
çin
sinxua agentliyi
ton
yük
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466978567_0:114:3001:1802_1920x0_80_0_0_3db90187d9c483b39745323fe72ab35e.jpg
BAKI, 16 oktyabr — Sputnik. Çinin "United Aircraft Group" şirkəti unikal pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. "Sinxua" agentliyi xəbər verir ki, çəkisi 6 ton olan bu PUA 2 tona qədər yükdaşıma qabiliyyətinə malikdir və həm pilotsuz, həm də pilotsuz rejimdə idarə oluna bilər. "Lanying R6000" adlı PUA eyni zamanda, 10 sərnişin tutumuna malikdir, onun maksimal uçuş məsafəsi 4000 kilometr, sürəti isə saatda 550 kilometrdir. PUA 7620 metr hündürlükdə uça bilir. 2024-cü ilin yayında PUA-nın ilk sınaqları uğurla keçirilib və 20 dəqiqəlik uçuş zamanı bütün sistemlərin qüsursuz işləməsi nümayiş etdirilib. "Lanying R6000" şaquli şəkildə qalxmaq və enmək, eləcə də havada uçmaq qabiliyyəti ilə seçilir. Konstruktorlar bu PUA-nın nəqliyyat, logistika və hərbi sektorlarda, o cümlədən müdafiə və axtarış-xilasetmə əməliyyatlarında istifadəsinin geniş perspektivlərini görürlər. Bu hava-nəqliyyat vasitəsinin inşası on ildən çox çəkib. Mürəkkəb PUA-nın kütləvi istehsalını təşkil etmək üçün 200-dən çox müəssisə səylərini birləşdirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466978567_223:0:2776:1915_1920x0_80_0_0_36fa290a9f69e4f87b19775ae3f414db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pua, çin, sinxua agentliyi, ton, yük
pua, çin, sinxua agentliyi, ton, yük
Çin iki ton yükdaşıyan PUA istehsal edib
Çəkisi 6 ton olan bu PUA 2 tona qədər yükdaşıma qabiliyyətinə malikdir və həm pilotsuz, həm də pilotsuz rejimdə idarə oluna bilər.
BAKI, 16 oktyabr — Sputnik. Çinin "United Aircraft Group" şirkəti unikal pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. "Sinxua" agentliyi xəbər verir ki, çəkisi 6 ton olan bu PUA 2 tona qədər yükdaşıma qabiliyyətinə malikdir və həm pilotsuz, həm də pilotsuz rejimdə idarə oluna bilər.
"Lanying R6000" adlı PUA eyni zamanda, 10 sərnişin tutumuna malikdir, onun maksimal uçuş məsafəsi 4000 kilometr, sürəti isə saatda 550 kilometrdir. PUA 7620 metr hündürlükdə uça bilir.
2024-cü ilin yayında PUA-nın ilk sınaqları uğurla keçirilib və 20 dəqiqəlik uçuş zamanı bütün sistemlərin qüsursuz işləməsi nümayiş etdirilib.
"Lanying R6000" şaquli şəkildə qalxmaq və enmək, eləcə də havada uçmaq qabiliyyəti ilə seçilir. Konstruktorlar bu PUA-nın nəqliyyat, logistika və hərbi sektorlarda, o cümlədən müdafiə və axtarış-xilasetmə əməliyyatlarında istifadəsinin geniş perspektivlərini görürlər.
Bu hava-nəqliyyat vasitəsinin inşası on ildən çox çəkib. Mürəkkəb PUA-nın kütləvi istehsalını təşkil etmək üçün 200-dən çox müəssisə səylərini birləşdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.