https://sputnik.az/20241016/binanin-12-ci-mertebesinden-yixilan-azyaslinin-heyati-xilas-edilib---mocuze-468102344.html
Binanın 12-ci mərtəbəsindən yıxılan azyaşlının həyatı xilas edilib - Möcüzə
Binanın 12-ci mərtəbəsindən yıxılan azyaşlının həyatı xilas edilib - Möcüzə
Sputnik Azərbaycan
On dörd gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla... 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T16:47+0400
2024-10-16T16:47+0400
2024-10-16T16:47+0400
azyaşlı
körpə
bina
yıxılma
xəsarət
təbib
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42331/50/423315073_0:110:1907:1182_1920x0_80_0_0_9e22af0dbd6ca5dee029e7ff2b9d3d3c.jpg
BAKI, 16 oktyabr — Sputnik. Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib. TƏBİB-dən Spuntik Azərbaycan-a verilən məlumata görə, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb. Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib. 14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində qismən də olsa, sağlamlığına qovuşub və digər şöbəyə köçürülüb.Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42331/50/423315073_91:0:1814:1292_1920x0_80_0_0_9cdc5d5da3a86a5f9da555ec675750c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azyaşlı, körpə, bina, yıxılma, xəsarət, təbib
azyaşlı, körpə, bina, yıxılma, xəsarət, təbib
Binanın 12-ci mərtəbəsindən yıxılan azyaşlının həyatı xilas edilib - Möcüzə
On dörd gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub.
BAKI, 16 oktyabr — Sputnik. Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib. TƏBİB-dən Spuntik Azərbaycan-a verilən məlumata görə, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.
Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.
14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində qismən də olsa, sağlamlığına qovuşub və digər şöbəyə köçürülüb.
Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.