Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb - VİDEO

© Photo : MESYanacaq daşıyan yük avtomobili
Yanacaq daşıyan yük avtomobili  - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
BAKI, 16 oktyabr — Sputnik. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobili qəza edib, ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəli yaradıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "MERCEDES" markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb"..
Xatırladaq ki, ötən həftə Bakıda yanacaqdaşıyan yük avtomobili aşıb, yanacaq yerə daşıb. Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Biləcəri qəsəbəsində Beynəlxalq Avtovağzalın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan yanacaqdaşıyan yük avtomobili aşıb. Nəticədə avtomobilin çənində olan yanacaq yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0