https://sputnik.az/20241016/azerbaycan-ran-hokumetlerarasi-komissiyasinin-iclasi-tezlikle-tehranda-kecirilecek-468112352.html
Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası tezliklə Tehranda keçiriləcək
Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası tezliklə Tehranda keçiriləcək
Sputnik Azərbaycan
Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli... 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T21:12+0400
2024-10-16T21:12+0400
2024-10-16T21:12+0400
tehran
azərbaycan xəbərləri
azərbaycan
iran
komissiya
hökumət
https://cdnn1.img.sputnik.az/img/42241/95/422419591_0:159:3073:1888_1920x0_80_0_0_3b34d15e63a52999c252089b7c7e1645.jpg
BAKI, 16 oktyabr — Sputnik. 14-15 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran İslam Respublikasına işgüzar səfəri baş tutub. Bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bildirib. Onun sözlərinə görə, keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulanıb, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alınıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri AR iqtisadiyyat naziri Şahin Mustafayevdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42241/95/422419591_172:0:2901:2047_1920x0_80_0_0_c27e7531e42d598e3ff9ef665735dfab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tehran, azərbaycan, iran, komissiya, hökumət
tehran, azərbaycan, iran, komissiya, hökumət
Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası tezliklə Tehranda keçiriləcək
Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi.
BAKI, 16 oktyabr — Sputnik. 14-15 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran İslam Respublikasına işgüzar səfəri baş tutub. Bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bildirib.
"Baş nazirin müavini İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul olundu, İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutdu. Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi", - səfir bildirib.
Onun sözlərinə görə, keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulanıb, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri AR iqtisadiyyat naziri Şahin Mustafayevdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.