https://sputnik.az/20241016/azerbaycan-nefti-keskin-ucuzlasib-468095504.html
Azərbaycan nefti kəskin ucuzlaşıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Sputnik Azərbaycan
Dünən neft qiymətlərinin kəskin enişindən sonra bu gün dünya bazarlarında qiymətlər nisbətən sabit qalır. 16.10.2024, Sputnik Azərbaycan
2024-10-16T11:04+0400
2024-10-16T11:04+0400
2024-10-16T11:04+0400
neft-qaz
neft
qiymət
azeri light markalı neft
brent
azərbaycan
birja
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_0:160:3072:1888_1920x0_80_0_0_98821e9c1e7e43dc97bd8573b0a6aa28.jpg
BAKI, 16 oktyabr — Sputnik. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,93 dollar, yaxud 5% azalaraq 74,75 dollar təşkil edib. Dünən neft qiymətlərinin kəskin enişindən sonra bu gün dünya bazarlarında qiymətlər nisbətən sabit qalır. Neftə olan tələbin azalması dünən neft qiymətlərini 4%-dən çox azaldıb. Bununla belə, Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar davam edir. "Brent" markalı neft 14 sent artaraq 74,39 dollar, ABŞ-nin Qərbi Texas nefti 19 sent artaraq 70,77 dollar olub. Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır. Öncəki proqnoz isə 105,99 mln. barel olub. Bu proqnoz neftin ucuzlaşmasına təsir göstərib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_171:0:2902:2048_1920x0_80_0_0_cb0e94fa2f4d6c02f890343de996110b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft, brent, azərbaycan, birja
neft, qiymət, azeri light markalı neft, brent, azərbaycan, birja
Azərbaycan nefti kəskin ucuzlaşıb
Dünən neft qiymətlərinin kəskin enişindən sonra bu gün dünya bazarlarında qiymətlər nisbətən sabit qalır.
BAKI, 16 oktyabr — Sputnik. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,93 dollar, yaxud 5% azalaraq 74,75 dollar təşkil edib.
Dünən neft qiymətlərinin kəskin enişindən sonra bu gün dünya bazarlarında qiymətlər nisbətən sabit qalır. Neftə olan tələbin azalması dünən neft qiymətlərini 4%-dən çox azaldıb. Bununla belə, Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar davam edir.
"Brent" markalı neft 14 sent artaraq 74,39 dollar, ABŞ-nin Qərbi Texas nefti 19 sent artaraq 70,77 dollar olub.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır. Öncəki proqnoz isə 105,99 mln. barel olub. Bu proqnoz neftin ucuzlaşmasına təsir göstərib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.