NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

İxrac üçün sərvət - Azərbaycan dünya bazarına nə qədər neft və qaz tədarük edib

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidNeft tankeri, arxiv şəkli
Neft tankeri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.10.2024
Abunə olmaq
Yanvar-sentyabr aylarında ölkədə "qara qızıl" və kondensat hasilatı 21,6 milyon ton, dünya bazarlarına ixracın həcmi isə 17,9 milyon ton təşkil edib.
BAKI, 15 oktyabr — Sputnik. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan dünya bazarına qaz ixracını 4,2% artıraraq 18,4 milyard kubmetrə qədər çatdırıb.
Bunu Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov sosial şəbəkədəki səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu müddət ərzində Avropaya 9,4 milyard kubmetr, Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac edilib. Yanvar-sentyabr aylarında TANAP üzrə Türkiyəyə 4,2 milyard kubmetr qaz tədarük edilib.

Pərviz Şahbazov həmçinin bildirib ki, bu ilin 9 ayı ərzində qaz hasilatı 1,1 milyard kubmetr artaraq 37,1 milyard kubmetrə çatıb.

Məlumata görə, yanvar-sentyabr aylarında ölkədə neft və kondensat hasilatı 21,6 milyon ton, ixrac həcmi isə 17,9 milyon ton təşkil edib.
Xatırladaq ki, bu yaxınlarda "The Economist"in proqnozunda bu il Azərbaycanda gündəlik neft və qaz kondensat hasilatının 662 min barel təşkil edəcəyi bildirilib. Eyni zamanda, nəşr yaxın illərdə ölkədə istehsalın azalacağını proqnozlaşdırır.
Nəşrin analitikləri hesab edirlər ki, 2025-ci ildə respublikada gündəlik neft və qaz kondensat hasilatı 657 min barel, 2026-cı ildə 654 min barel, 2027-ci ildə 652 min barel, 2028-ci ildə isə 650 min barel təşkil edəcək.
Eyni zamanda, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Idarəsinin (EIA) oktyabr ayında açıqladığı "Short-Term Energy Outlook" hesabatında bildirilib ki, 2025-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 640 min barel səviyyəsində olacağı gözlənilir.
Xəbər lenti
0