https://sputnik.az/20241015/turkiye-ve-rusiya-diplomatlari-moskvada-bir-araya-geldi-468087073.html
Türkiyə və Rusiya diplomatları Moskvada bir araya gəldi
Türkiyə və Rusiya diplomatları Moskvada bir araya gəldi
Sputnik Azərbaycan
Diplomatlar Yaxın Şərq və Balkanlardakı vəziyyəti dəyərləndiriblər, bölgədə sülhün təmin olunması üçün işlərin görülməsinin vacibliyini vurğulayıblar. 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T17:12+0400
2024-10-15T17:12+0400
2024-10-15T17:12+0400
rusiya
dünya xəbərləri
aleksandr qruşko
həmas
fələstin
israil
"hizbullah"
qəzza
livan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_0:0:3072:1728_1920x0_80_0_0_a9736b3f82d37fe59187bef06ef31827.jpg
BAKI, 15 oktyabr — Sputnik. Rusiya XİN-in müavinləri Sergey Verşinin və Aleksandr Qruşko Moskvada Türkiyə xarici işlər nazirinin müavini Mehmet Bozay ilə Qəzza və Livanda vəziyyətin gərginləşməsini müzakirə ediblər. Bu barədə Rusiya xarici işlər nazirliyi məlumat yayıb. "Xüsusi diqqət Qəzza zolağında və Livanda zorakılığın artmasına, o cümlədən Qara dəniz hövzəsindəki vəziyyət də daxil olmaqla qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirilməklə, Yaxın Şərqdəki vəziyyətə yönəldilib" - Rusiya XİN-in məlumatında deyilir. Diplomatlar Balkanlardakı vəziyyəti dəyərləndirdiklərini və bölgədə sülhün təmin olunması üçün işlərin görülməsinin vacibliyini vurğulayıblar. Tərəflər iqtisadiyyat və energetika sahəsində layihələrin icrasını, həmçinin ən yüksək vsəviyyələrdə təmasların qrafikini müzakirə ediblər.. Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq şiə hərəkatının liderləri də daxil olmaqla 2,3 mindən çox insan həlak olub, bir milyondan çox insan isə qaçqına çevrilib. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır. İsrailin hərbi kampaniyasının əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_341:0:3072:2048_1920x0_80_0_0_7812a0c2fb4670b8bbfbf993b9344ee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, aleksandr qruşko , həmas, fələstin, israil, "hizbullah", qəzza, livan
rusiya, aleksandr qruşko , həmas, fələstin, israil, "hizbullah", qəzza, livan
Türkiyə və Rusiya diplomatları Moskvada bir araya gəldi
Diplomatlar Yaxın Şərq və Balkanlardakı vəziyyəti dəyərləndiriblər, bölgədə sülhün təmin olunması üçün işlərin görülməsinin vacibliyini vurğulayıblar.
BAKI, 15 oktyabr — Sputnik. Rusiya XİN-in müavinləri Sergey Verşinin və Aleksandr Qruşko Moskvada Türkiyə xarici işlər nazirinin müavini Mehmet Bozay ilə Qəzza və Livanda vəziyyətin gərginləşməsini müzakirə ediblər. Bu barədə Rusiya xarici işlər nazirliyi məlumat yayıb.
"Xüsusi diqqət Qəzza zolağında və Livanda zorakılığın artmasına, o cümlədən Qara dəniz hövzəsindəki vəziyyət də daxil olmaqla qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirilməklə, Yaxın Şərqdəki vəziyyətə yönəldilib" - Rusiya XİN-in məlumatında deyilir.
Diplomatlar Balkanlardakı vəziyyəti dəyərləndirdiklərini və bölgədə sülhün təmin olunması üçün işlərin görülməsinin vacibliyini vurğulayıblar. Tərəflər iqtisadiyyat və energetika sahəsində layihələrin icrasını, həmçinin ən yüksək vsəviyyələrdə təmasların qrafikini müzakirə ediblər..
Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq şiə hərəkatının liderləri də daxil olmaqla 2,3 mindən çox insan həlak olub, bir milyondan çox insan isə qaçqına çevrilib. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır.
İsrailin hərbi kampaniyasının əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.