https://sputnik.az/20241015/smayil-qaani-qerb-mediasinin-melumatlarini-yalan-cixartdi-468075729.html
İsmayıl Qaani Qərb mediasının məlumatlarını yalan çıxardı
İsmayıl Qaani Qərb mediasının məlumatlarını yalan çıxardı
Sputnik Azərbaycan
Qaani sentyabrın sonunda İsrailin Beyruta endirdiyi hava hücumunda öldürülən SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana qaytarılması mərasimində... 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T23:22+0400
2024-10-15T23:22+0400
2024-10-15T23:30+0400
ismayıl şıxlı
dünya xəbərləri
sepah
həmas
hizbullah
livan
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463063819_0:0:3072:1728_1920x0_80_0_0_c07a937761925a2e0e22e88199a44e16.jpg
BAKI, 15 oktyabr — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) tərkibində Əl-Qüds xüsusi təyinatlılarının komandanı, briqada generalı İsmayıl Qaani ilk dəfə ictimaiyyət qarşısına çıxıb və bununla da Qərb mediasının ölümü bağlı yaydığı xəbərləri təkzib edib. Qaani sentyabrın sonunda İsrailin Beyruta endirdiyi hava hücumunda öldürülən SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana qaytarılması mərasimində iştirak edib. Daha əvvəl Qərb mediası adı açıqlanmayan iki yüksək vəzifəli İran rəsmisinə istinadən bildirmişdi ki, İsrailin sentyabrın sonunda Beyruta endirdiyi zərbələrdən sonra İsmayıl Qaani ilə heç bir əlaqəsi olmayıb. Öz növbəsində, Əl-Qüds Qüvvələrinin rəis müavini İrəc Məscidi bildirib ki, Qaaninin səhhəti yaxşıdır və SEPAH onun səhhəti ilə bağlı açıqlama yaymaq niyyətində deyil. Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq iki mindən çox adam ölüb. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır. İsraildəki hərbi kampaniyanın əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463063819_291:0:3020:2047_1920x0_80_0_0_050c94b5fe08a9cdcefad58fecb82699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sepah
İsmayıl Qaani Qərb mediasının məlumatlarını yalan çıxardı
23:22 15.10.2024 (Yenilənib: 23:30 15.10.2024) Qaani sentyabrın sonunda İsrailin Beyruta endirdiyi hava hücumunda öldürülən SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana qaytarılması mərasimində iştirak edib.
BAKI, 15 oktyabr — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) tərkibində Əl-Qüds xüsusi təyinatlılarının komandanı, briqada generalı İsmayıl Qaani ilk dəfə ictimaiyyət qarşısına çıxıb və bununla da Qərb mediasının ölümü bağlı yaydığı xəbərləri təkzib edib.
Qaani sentyabrın sonunda İsrailin Beyruta endirdiyi hava hücumunda öldürülən SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana qaytarılması mərasimində iştirak edib.
Daha əvvəl Qərb mediası adı açıqlanmayan iki yüksək vəzifəli İran rəsmisinə istinadən bildirmişdi ki, İsrailin sentyabrın sonunda Beyruta endirdiyi zərbələrdən sonra İsmayıl Qaani ilə heç bir əlaqəsi olmayıb. Öz növbəsində, Əl-Qüds Qüvvələrinin rəis müavini İrəc Məscidi bildirib ki, Qaaninin səhhəti yaxşıdır və SEPAH onun səhhəti ilə bağlı açıqlama yaymaq niyyətində deyil.
Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq iki mindən çox adam ölüb. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır.
İsraildəki hərbi kampaniyanın əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.