https://sputnik.az/20241015/siyyarto-ukraynanin-nato-ya-daxil-olmasi-alyansla-rusiya-arasinda-munaqiseye-sebeb-olacaq-468050166.html
Siyyarto: Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında münaqişəyə səbəb olacaq
Siyyarto: Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında münaqişəyə səbəb olacaq
Sputnik Azərbaycan
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Budapeşt bir neçə qırmızı xətt çəkib. 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T00:09+0400
2024-10-15T00:09+0400
2024-10-15T00:09+0400
nato
dünya xəbərləri
peter siyyarto
rusiya
macarıstan
ukrayna
nazir
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150247_0:160:3072:1888_1920x0_80_0_0_56a89fa289c2f86cb4d8725db952e349.jpg
BAKI, 14 oktyabr — Sputnik. Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında birbaşa qarşıdurma və Üçüncü Dünya Müharibəsinin başlaması demək olacaq. Ona görə də bu məsələ Macarıstanın gündəmində deyil. Bu barədə ölkənin xarici işlər naziri Peter Siyyarto "RİA Novosti"yə müsahibəsində bildirib. O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Budapeşt bir neçə qırmızı xətt çəkib. Onlardan biri Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək qərarıdır. "Beləliklə, Ukrayna NATO-ya üzv olarsa, bu, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma demək olacaq. Bu isə öz növbəsində Üçüncü Dünya Müharibəsi demək olacaq. Biz, sadəcə bunun qarşısını almaq istəyirik. Ona görə də bizim üçün Ukraynanın NATO-ya daxil olması məsələsi gündəmdə yoxdur" - Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri deyib. Siyyarto əlavə edib ki, alyansa üzv olan ölkələrin əksər siyasətçiləri Kiyev nümayəndələri ilə söhbətlərində Ukraynanın hərbi bloka qoşulmasının mümkünlüyü ehtimalını bildirilər, lakin qapalı dairədə bunun mümkün olmadığını etiraf edirlər. Nazir Ukraynanın NATO-ya üzvlüyünə hələ də inanan ölkələrin adlarını sadalamayıb. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin Rusiyanın qəbul etdiyi yeni nüvə doktrinasını da "RİA Novosti"yə şərh edib. Diplomatın fikrincə, indiki şəraitdə belə addımlar təbiidir, lakin Ukraynada münaqişə bitərsə, doktrina sülhə təhlükə yaratmayacaq. Macarıstanlı nazir vurğulayıb ki, dünya ictimaiyyəti, xüsusən də onun qərb hissəsi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına daha çox diqqət yetirməli, öz geosiyasi ambisiyalarını həyata keçirməyə çalışaraq odun üstünə yağ tökməməlidir. Bundan əvvəl Siyyarto bildirib ki, NATO 2021-ci ildə Rusiya ilə hazırladığı təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsini müzakirə etməli idi. Nazirin sözlərinə görə, bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150247_171:0:2902:2048_1920x0_80_0_0_e0c58658f16feb062903569c56b5f0cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, peter siyyarto, rusiya, macarıstan, ukrayna, nazir
nato, peter siyyarto, rusiya, macarıstan, ukrayna, nazir
Siyyarto: Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında münaqişəyə səbəb olacaq
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Budapeşt bir neçə qırmızı xətt çəkib.
BAKI, 14 oktyabr — Sputnik. Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında birbaşa qarşıdurma və Üçüncü Dünya Müharibəsinin başlaması demək olacaq. Ona görə də bu məsələ Macarıstanın gündəmində deyil.
Bu barədə ölkənin xarici işlər naziri Peter Siyyarto "RİA Novosti"yə müsahibəsində bildirib.
O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Budapeşt bir neçə qırmızı xətt çəkib. Onlardan biri Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək qərarıdır.
"Beləliklə, Ukrayna NATO-ya üzv olarsa, bu, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma demək olacaq. Bu isə öz növbəsində Üçüncü Dünya Müharibəsi demək olacaq. Biz, sadəcə bunun qarşısını almaq istəyirik. Ona görə də bizim üçün Ukraynanın NATO-ya daxil olması məsələsi gündəmdə yoxdur" - Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri deyib.
Siyyarto əlavə edib ki, alyansa üzv olan ölkələrin əksər siyasətçiləri Kiyev nümayəndələri ilə söhbətlərində Ukraynanın hərbi bloka qoşulmasının mümkünlüyü ehtimalını bildirilər, lakin qapalı dairədə bunun mümkün olmadığını etiraf edirlər.
Nazir Ukraynanın NATO-ya üzvlüyünə hələ də inanan ölkələrin adlarını sadalamayıb.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin Rusiyanın qəbul etdiyi yeni nüvə doktrinasını da "RİA Novosti"yə şərh edib. Diplomatın fikrincə, indiki şəraitdə belə addımlar təbiidir, lakin Ukraynada münaqişə bitərsə, doktrina sülhə təhlükə yaratmayacaq.
Macarıstanlı nazir vurğulayıb ki, dünya ictimaiyyəti, xüsusən də onun qərb hissəsi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına daha çox diqqət yetirməli, öz geosiyasi ambisiyalarını həyata keçirməyə çalışaraq odun üstünə yağ tökməməlidir.
Bundan əvvəl Siyyarto bildirib ki, NATO 2021-ci ildə Rusiya ilə hazırladığı təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsini müzakirə etməli idi. Nazirin sözlərinə görə, bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi.