Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İrəvanın çoxtərəfli oyunu: Paşinyan üçtərəfli bəyanatı niyə qəfil xatırladı?

© Sputnik / Асатур ЕсаянцPaşinyan
Paşinyan  - Sputnik Azərbaycan, 1920, 15.10.2024
Abunə olmaq
Politoloq hesab edir ki, son dövrlər bölgədə kommunikasiyaların açılmasının dəstəkləyən dövlətlərin mövqeyi daha da güclənib.
BAKI, 15 oktyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın kommunikasiyaların bərpası ilə bağlı açıqlaması rezonans doğurub. Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi" adlı konfransda çıxışı zamanı deyib ki, Rusiya FTX nümayəndələrinə Sünikdə yola nəzarət funksiyası verilə bilər. O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib:
"Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir" cümləsinə diqqət çəkib. Paşinyan bəyanatın bu bəndini Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün Rusiyaya hansısa monitorinq funksiyası verilə biləcəyi kimi təqdim etməyə çalışıb.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan isə Paşinyanın açıqlamasına aydınlıq gətirmək zərurəti görüb və Baş nazirin fikirlərini belə əsaslandırıb:
"Üçtərəfli bəyannamənin 9-cu bəndində Ermənistan Respublikasının öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidini təşkil etməsi və onların təhlükəsizliyinə təminat verməsi nəzərdə tutulur. Bu, bəyanatda çox sadə şəkildə yazılıb. Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya FTX-nin Sərhəd Xidmətinin bu yolda fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmur".
Bəs hansı şərtlər Paşinyanı üçtərəfli bəyanatı yada salmağa məcbur edib?
Politoloq Tural İsmayılov deyir ki, üçtərəfli bəyanatı yerinə yetirmək Ermənistanın öhdəliyidir:
"Nikol Paşinyan hökuməti bu bəyanata sayğısızlıq nümayiş etdirərək onun müddəalarından yayınmağa çalışıb. Bunun da səbəbi sorosçuların əlində oyuncağa çevrilməsidir. Ermənistan Qərbdən gələn təzyiqlərə görə bölgədə sürətli sülh quruculuğu prosesinə maneələr yaradıb. Bu gün bölgədə kommunikasiyaların açılması ilə bağlı məsələlər sürətli şəkildə həllini tapmalıdır. Ermənistan tərəfi də anlayır ki, kommunikasiyaların açılması onlara faydalı olacaq. Sadəcə olaraq qlobal güclərin təzyiqi və Azərbaycan əleyhinə verilən şirnikləndirici vədlər Ermənistanı bu bəyanatın icrasından uzaqlaşdırmışdı".
Politoloq hesab edir ki, son dövrlər bölgədə kommunikasiyaların açılmasının dəstəkləyən dövlətlərin mövqeyi daha da güclənib:
"Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, o cümlədən Mərkəzi Asiya ölkələri də Cənubi Qafqazın yeni kommunikasiya imkanlarından faydalanmaq istəyirlər. Paşinyan da başa düşür ki, Qərbin maraqlarına xidmtəçi olsa da, ölkəsini Rusiyanın təsirindən tamamilə çıxara bilməz. Qərbdən gələn maliyyə dəstəyi Ermənistana dayanıqlı inkişaf vəd etmir. Ermənistan hökuməti anlayır ki, suveren ölkə kimi öz gələcəyi üçün praqmatik qərarlar verməlidir. Təbii ki, bu qərarlar həm də üçtərəfli bəyanatın icrasından keçir. Bu gün Qərbdən gələn maliyyə axını Ermənistanı ayaqda saxlamağa kifayət etmir. Bu baxımdan Paşinyan da qəbul edir ki, Rusiyanın bölgədə mövcudluğunu qəbul edərək, Zəngəzur dəhlizinin açılması labüddür".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyir ki, kommunikasiyaların Rusiya tərəfindən təhlükəsizliyinin təmin olunması üçtərəfli bəyanatda nəzərdə tutulmuşdu:

"Ermənistan tərəfi bu məsələdə zaman-zaman müxtəlif manipulyasiyalar etməyə çalışdı. Ehtimal ki, Paşinyan və Putin arasında aparılmış danışıqlarda əldə olunmuş razılıqlara əsasən Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan sərhəd xidmətinin əməkdaşları Zəngəzur dəhlizi istiqamətinə yönləndiriləcəklər. Görünür, Paşinyan hakimiyyəti Rusiyanın xoşuna gələcək addımlar atmağa çalışır".

Millət vəkili qeyd edir ki, Ermənistan hökuməti bu yolla daxili ictimai sabitliyi təmin etməyə çalışır:
"Çünki Ermənistan cəmiyyətində Rusiya amili əhəmiyyətli faktor kimi çıxış edir. Digər tərəfdən Qərbin bölgəyə nüfuz etmək planlarının davam etdiyi bir vaxtda Rusiya kommunikasiyalarla bağlı mövqeyindən imtina edə bilməz. Görünən odur ki, Paşinyan hakimiyyəti Moskvanın xəbərdarlıqlarından nəticə çıxardıb və üçtərəfəli bəyanatda kommunikasiyalarla nəzarətlə bağlı müddəanı yada salmalı olub".
Xatırladaq ki, Rusiya Federasiyası Baş nazirinin müavini və üçtərəfli işçi qrupunun Rusiya tərəfdən həmsədri Aleksey Overçuk bildirib ki, Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə hər zaman köməklik göstərməyə hazırdır. Overçuk onu da bildirib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin bərpası yalnız Rusiyanın iştirakı ilə mümkündür. Eyni zamanda, o qeyd edib ki, 1,5-2 ildir ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun işində heç bir irəliləyiş yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0