https://sputnik.az/20241015/putinin-sozcusu-gurcustan-prezidentinin-iddialarini-tekzib-etdi-468077558.html
Putinin sözçüsü Gürcüstan Prezidentinin iddialarını təkzib etdi
Putinin sözçüsü Gürcüstan Prezidentinin iddialarını təkzib etdi
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi bildirib ki, Rusiya Qərbin Gürcüstan hakimiyyətinə təzyiq və ölkədəki seçki kampaniyasının gedişinə təsir göstərmək cəhdlərini görür. 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T15:45+0400
2024-10-15T15:45+0400
2024-10-15T15:59+0400
dmitri peskov
dünya xəbərləri
salome zurabişvili
gürcü arzusu partiyası
"gürcü arzusu"
kxdr
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467864900_0:132:3169:1915_1920x0_80_0_0_3397788060390de1c176aec7be1e1d83.jpg
BAKI, 15 oktyabr — Sputnik. Rusiya ilə KXDR arasında tərəfdaşlıq sazişi bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində strateji əməkdaşlığı nəzərdə tutur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Müqavilədə bu ifadələr kifayət qədər birmənalı deyil. Eyni zamanda, əsas odur ki, bu saziş həqiqətən də strateji əhəmiyyət kəsb edir", Peskov Rusiya və KXDR-in üçüncü tərəflərlə hərbi münaqişə vəziyyətində bir-birinə kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Rusiya və KXDR münasibətlərin gələcək inkişafında bu müqaviləni və onun prinsiplərini rəhbər tutur. Gürcüstan-Rusiya münasibətləri Peskov qeyd edib ki, Rusiya Qərbin Gürcüstan hakimiyyətinə təzyiq və ölkədəki seçki kampaniyasının gedişinə təsir göstərmək cəhdlərini görür. Qeyd edək ki, daha əvvəl mətbuatda Gürcüstan prezidenti Salome Zurabişvili ölkəni "Rusiya hökuməti"nin idarə etdiyi barədə fikir söyləyib. O, həmçinin hakim "Gürcü Arzusu" partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib. "Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Rusiya Gürcüstanın daxili işlərinə qarışmır və bunu etmək niyyətində deyil", Peskov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467864900_220:0:2949:2047_1920x0_80_0_0_2aa825ab062367538b97e9647999aed9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, salome zurabişvili, gürcü arzusu partiyası, "gürcü arzusu", kxdr
dmitri peskov, salome zurabişvili, gürcü arzusu partiyası, "gürcü arzusu", kxdr
Putinin sözçüsü Gürcüstan Prezidentinin iddialarını təkzib etdi
15:45 15.10.2024 (Yenilənib: 15:59 15.10.2024) Kremlin nümayəndəsi bildirib ki, Rusiya Qərbin Gürcüstan hakimiyyətinə təzyiq və ölkədəki seçki kampaniyasının gedişinə təsir göstərmək cəhdlərini görür.
BAKI, 15 oktyabr — Sputnik. Rusiya ilə KXDR arasında tərəfdaşlıq sazişi bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində strateji əməkdaşlığı nəzərdə tutur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Müqavilədə bu ifadələr kifayət qədər birmənalı deyil. Eyni zamanda, əsas odur ki, bu saziş həqiqətən də strateji əhəmiyyət kəsb edir", Peskov Rusiya və KXDR-in üçüncü tərəflərlə hərbi münaqişə vəziyyətində bir-birinə kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Rusiya və KXDR münasibətlərin gələcək inkişafında bu müqaviləni və onun prinsiplərini rəhbər tutur.
Gürcüstan-Rusiya münasibətləri
Peskov qeyd edib ki, Rusiya Qərbin Gürcüstan hakimiyyətinə təzyiq və ölkədəki seçki kampaniyasının gedişinə təsir göstərmək cəhdlərini görür.
Qeyd edək ki, daha əvvəl mətbuatda Gürcüstan prezidenti Salome Zurabişvili ölkəni "Rusiya hökuməti"nin idarə etdiyi barədə fikir söyləyib. O, həmçinin hakim "Gürcü Arzusu" partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.
"Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Rusiya Gürcüstanın daxili işlərinə qarışmır və bunu etmək niyyətində deyil", Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.