https://sputnik.az/20241015/kirayecileri-tovuzda-71-yasli-qadinin-dis-protezini-ogurlayib-ozunu-de-qetle-yetiribler-468071746.html
Kirayəçiləri Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb, özünü də qətlə yetiriblər
Kirayəçiləri Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb, özünü də qətlə yetiriblər
Sputnik Azərbaycan
Tovuzda kirayənişinlər yaşlı qadının dişi söküb qətlə yetiriblər
2024-10-15T11:37+0400
2024-10-15T11:37+0400
2024-10-15T11:53+0400
hadisə
tovuz
qızıl
qızıl-zinət əşyaları
diş
protez
qətl
qətl hadisəsi
qəsdən adam öldürmə
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/0f/468071931_0:29:3000:1717_1920x0_80_0_0_4c197e0b052f09f4d1e4064f2827cbe5.jpg
BAKI, 15 oktyabr - Sputnik. Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.Həmçinin o qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyev ilə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.A.Alıyeva Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə), 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq), Elçin Əliyev isə, 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq) maddələri ilə ittiham olunublar (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/0f/468071931_337:0:2664:1745_1920x0_80_0_0_3e1b58d72c891483306f208883caf2a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tovuzda şok, kirayə qalan cütlük, qızıl diş, protez, qətl
tovuzda şok, kirayə qalan cütlük, qızıl diş, protez, qətl
Kirayəçiləri Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb, özünü də qətlə yetiriblər
11:37 15.10.2024 (Yenilənib: 11:53 15.10.2024) Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.
BAKI, 15 oktyabr - Sputnik. Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.
İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.
Həmçinin o qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyev ilə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.
A.Alıyeva Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə), 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq), Elçin Əliyev isə, 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq) maddələri ilə ittiham olunublar (Report).