https://sputnik.az/20241015/fars-korfezi-olkeleri-a-nin-rusiya-eleyhine-movqeyini-desteklemekden-imtina-edibler-468086923.html
Fars körfəzi ölkələri Aİ-nin Rusiya əleyhinə mövqeyini dəstəkləməkdən imtina ediblər
Fars körfəzi ölkələri Aİ-nin Rusiya əleyhinə mövqeyini dəstəkləməkdən imtina ediblər
Sputnik Azərbaycan
Fars körfəzi ölkələrinin nümayəndələri Avropa İttifaqının tələblərini yerinə yetirmək əvəzinə, Ukrayna münaqişəsinin bütün tərəflərini müharibə bölgəsinə silah... 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T21:57+0400
2024-10-15T21:57+0400
2024-10-15T21:57+0400
fars körfəzi
dünya xəbərləri
pua
ukrayna
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/02/13/426272085_0:155:3086:1891_1920x0_80_0_0_091636367bac257e48ea3e5c371d0f20.jpg
BAKI, 15 oktyabr — Sputnik. Fars körfəzi ölkələri blokun və Fars körfəzi Əməkdaşlıq Şurasının birinci sammiti ərəfəsində Avropa İttifaqının anti-Rusiya mövqeyini dəstəkləməkdən və Moskvaya sanksiya təzyiqlərini artırmaqdan imtina ediblər. "Politico" qəzeti bu barədə tədbir iştirakçılarının bəyanat layihəsinə istinadən xəbər verib. Sənəddə göründüyü kimi, Fars körfəzi ölkələri Aİ-nin Rusiyaya maddi yardımın dayandırılması zərurəti ilə bağlı təklif etdiyi bənddən, həmçinin İranı guya Moskvanı raket və PUA-larla təchiz etdiyinə görə qınamaqdan imtina etmək qərarına gəliblər. Qeyd olunub ki, onlar, həmçinin Ukraynaya dəstək məqsədi ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyi ilə bağlı bəndi dəstəkləməyiblər. Bildirilib ki, Fars körfəzi ölkələrinin nümayəndələri Avropa İttifaqının tələblərini yerinə yetirmək əvəzinə, Ukrayna münaqişəsinin bütün tərəflərini müharibə bölgəsinə silah tədarükünü dayandırmağa çağırmağa üstünlük verəcəklərini bildiriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/13/426272085_179:0:2908:2047_1920x0_80_0_0_76d05267a4b6bce8e3351c9a13716204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fars körfəzi, pua, ukrayna, avropa ittifaqı
fars körfəzi, pua, ukrayna, avropa ittifaqı
Fars körfəzi ölkələri Aİ-nin Rusiya əleyhinə mövqeyini dəstəkləməkdən imtina ediblər
Fars körfəzi ölkələrinin nümayəndələri Avropa İttifaqının tələblərini yerinə yetirmək əvəzinə, Ukrayna münaqişəsinin bütün tərəflərini müharibə bölgəsinə silah tədarükünü dayandırmağa çağırmağa üstünlük verəcəklərini bildiriblər.
BAKI, 15 oktyabr — Sputnik. Fars körfəzi ölkələri blokun və Fars körfəzi Əməkdaşlıq Şurasının birinci sammiti ərəfəsində Avropa İttifaqının anti-Rusiya mövqeyini dəstəkləməkdən və Moskvaya sanksiya təzyiqlərini artırmaqdan imtina ediblər.
"Politico" qəzeti bu barədə tədbir iştirakçılarının bəyanat layihəsinə istinadən xəbər verib.
Sənəddə göründüyü kimi, Fars körfəzi ölkələri Aİ-nin Rusiyaya maddi yardımın dayandırılması zərurəti ilə bağlı təklif etdiyi bənddən, həmçinin İranı guya Moskvanı raket və PUA-larla təchiz etdiyinə görə qınamaqdan imtina etmək qərarına gəliblər. Qeyd olunub ki, onlar, həmçinin Ukraynaya dəstək məqsədi ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyi ilə bağlı bəndi dəstəkləməyiblər.
Bildirilib ki, Fars körfəzi ölkələrinin nümayəndələri Avropa İttifaqının tələblərini yerinə yetirmək əvəzinə, Ukrayna münaqişəsinin bütün tərəflərini müharibə bölgəsinə silah tədarükünü dayandırmağa çağırmağa üstünlük verəcəklərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.