https://sputnik.az/20241015/azerbaycanin-qida-tehlukesizliyi-agentliyinin-numayende-heyeti-rusiyada-seferdedir---foto-451248434.html
“Rospotrebnadzor” AQTA ilə qida məhsullarının təhlükəsizliyi və keyfiyyətini müzakirə edib
“Rospotrebnadzor” AQTA ilə qida məhsullarının təhlükəsizliyi və keyfiyyətini müzakirə edib
Sputnik Azərbaycan
Dəyirmi masa bu ilin avqustunda Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında... 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T10:26+0400
2024-10-15T10:26+0400
2024-10-15T10:37+0400
rusiya
iqtisadiyyat
aqta
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451248147_0:168:768:600_1920x0_80_0_0_63166b9cc1f948fab9e7f226b49c0aa2.jpg
BAKI, 15 oktyabr — Sputnik. Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub.Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb."Dəyirmi masa zamanı İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın elmi və praktik yanaşmalarını təqdim etdi. Əsas mövzular: çirkləndirici maddələrin və pestisidlərin qalıqlarına nəzarət, antimikrobiyal müqavimətin yayılmasının qarşısını almaq və laboratoriya tədqiqatları aparmaqdır", - məlumatda deyilir.İki ölkə arasında keçirilən dəyirmi masa bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsində ilk addım olub.Qeyd edilib ki, görüşdə içməli və qablaşdırılmış suyun təhlükəsizliyinin müəyyən edilməsi və tənzimlənməsi yolu ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət məsələləri də işıqlandırılıb.31.01.23, 12:17Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada səfərdədir - FOTOAzərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib. Səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə AQTA-dan məlumat verilib. Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimatlar edilib. Səfər zamanı nümayəndə heyəti Bioloji Təcrübə Laboratoriyasının (vivarium) işi ilə yaxından tanış olub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə danışıqlar aparıb. Görüşdə Azərbaycanda təcrübə heyvanlarının saxlanılması üçün inşa ediləcək vivariumun baytarlıq tədqiqatlarının genişləndirilməsi istiqamətində görülən işlər müzakirə mövzusu olub. Eləcə də bu işdə Rusiyanın müvafiq qurumlarının təcrübəsindən istifadə ediləcəyi diqqətə çatdırılıb. AQTA-nın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidmətinin ("Rospotrebnadzor") F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Burada laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib. Qeyd edək ki, nümayəndə heyəti 25-27 yanvar tarixlərində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451248147_0:96:768:672_1920x0_80_0_0_4f7087fa4e16b3fbf7428dc62910eb29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, aqta
“Rospotrebnadzor” AQTA ilə qida məhsullarının təhlükəsizliyi və keyfiyyətini müzakirə edib
10:26 15.10.2024 (Yenilənib: 10:37 15.10.2024) Dəyirmi masa bu ilin avqustunda Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsində ilk addım olub.
BAKI, 15 oktyabr — Sputnik. Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub.
Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
"Dəyirmi masa zamanı İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın elmi və praktik yanaşmalarını təqdim etdi. Əsas mövzular: çirkləndirici maddələrin və pestisidlərin qalıqlarına nəzarət, antimikrobiyal müqavimətin yayılmasının qarşısını almaq və laboratoriya tədqiqatları aparmaqdır", - məlumatda deyilir.
İki ölkə arasında keçirilən dəyirmi masa bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsində ilk addım olub.
Qeyd edilib ki, görüşdə içməli və qablaşdırılmış suyun təhlükəsizliyinin müəyyən edilməsi və tənzimlənməsi yolu ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət məsələləri də işıqlandırılıb.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada səfərdədir - FOTO
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib.
Səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AQTA-dan məlumat verilib.
Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimatlar edilib.
Səfər zamanı nümayəndə heyəti Bioloji Təcrübə Laboratoriyasının (vivarium) işi ilə yaxından tanış olub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə danışıqlar aparıb.
Görüşdə Azərbaycanda təcrübə heyvanlarının saxlanılması üçün inşa ediləcək vivariumun baytarlıq tədqiqatlarının genişləndirilməsi istiqamətində görülən işlər müzakirə mövzusu olub. Eləcə də bu işdə Rusiyanın müvafiq qurumlarının təcrübəsindən istifadə ediləcəyi diqqətə çatdırılıb.
AQTA-nın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidmətinin ("Rospotrebnadzor") F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Burada laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.
Qeyd edək ki, nümayəndə heyəti 25-27 yanvar tarixlərində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.