Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan əleyhinə qurulan gizli planlar: Ermənistan növbəti fəlakətə sürüklənir

© iStock.com / Oleksandr FilonAzərbaycan bayraq
Azərbaycan bayraq - Sputnik Azərbaycan, 1920, 15.10.2024
Abunə olmaq
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistanın NATO-ya arxalanaraq Azərbaycanla hərbi toqquşmaya getməsi Paşinyan hakimiyyətinin növbəti avantürası olacaq.
BAKI, 15 oktyabr — Sputnik. Ötən həftə NATO və Ermənistan rəsmilərinin Brüssel görüşünün detalları ilə bağlı yerli KİV-də məlumatlar yayıldı. Bu məlumatların Azərbaycanla bağlı hissəsi isə yetərincə diqqət çəkici idi. Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryanın Azərbaycana qarşı NATO-nun gücündən istifadə etmək niyyətilərini Brüssel görüşündə ortaya qoymuşdu. Ermənistan bununla Cənubi Qafqazda NATO üçün sadiq xidmətçi kimi davranacağının vəd edib.
Bu görüşün təfərrüatları Ermənistan rəsmilərinin "tezliklə sülh bağlayaq" bəyanatlarını da yerlə bir edirdi. Məlum olur ki, Ermənistan NATO-nun dəstəyi ilə Azərbaycana qarşı yeni hərbi təcavüz aktı törətmək niyyətindədir və bunu erməni xalqın mənəvi ruhunun yüksəldilməsi ilə əsaslandırmağa çalışıblar.

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistanın NATO-ya arxalanaraq Azərbaycanla hərbi toqquşmaya getməsi Paşinyan hakimiyyətinin növbəti avantürası olacaq. Ekspert hesab edir ki, hazırki şəraitdə NATO-nun Ermənistana dəstəyi yalnız bəyanatlar formasında ola bilər: "Ermənistan bu gün qlobal güclərin toqquşma meydanına çevrilib. Bu ölkədə KTMT-nin üzvüdür. Eyni zamanda Fransanın, ABŞ-ın, indi də NATO-nun birbaşa hərbi gücündən yararlanmağa çalışır. Ermənistan hakimiyyəti ölkəni hərbi plasdarma çevirib. Azərbaycanı kənara qoysaq bu Ermənistanın bir ölkə kimi gələcəyini sual qoyur".

Ədalət Verdiyev qeyd edir ki, Ermənistana Qərbdən ələn hərbi dəstək bu ölkənin döyüş potensialını Azərbaycan qarşısında üstün etmir: "Digər tərəfdən nəzərə almaq lazımdır ki, NATO-nun dəstəyi üçün btünü üzv ölkələrin yekdil qərarı olmalıdır. Burada isə Türkiyə amili buna ən böyük maneədir. Bu baxımdan hesab edirəm ki, Ermənistan hakimiyyəti daxili auditoriya üçün hesablanmış növbəti oyununu oynayır".
"Bölgədə geniş miqyaslı hərbi toqquşmaların olacağını düşünmürəm. Ola bilər ki, lokal xarakterli hərbi toqquşmalar baş versin. Ümumiyyətlə Azərbaycan tərəfi bölgədə yenidən hərbi toqquşmanın baş verməsində maraqlı deyil. Bununla belə istənilən təxribata qarşı sərt cavabın veriləcəyini artıq biz şahid olmuşuq. Ermənistanın Qərbin dəstəyinə arxalanaraq növbəti təxribatlar törətməsi Paşinyan hakimiyyəti üçün müsbət heç nə vəd etmir", ekspert fikirlərini yekunlaşdıırb.
Qeyd edək ki, son dövrlər Gürcüstan və Qərb arasında münasibətlərin kəskinləşməsi fonunda Ermənistan cazibə mərkəzinə çevrilir. Ermənistan rəsmiləri bu amildən istifadə edərək ölkəni NATO-nun Cənubi Qafqazda qalasına çevirmək istəyirlər. Ermənistanın bu planlarının proseslərin inkişafına müsbət töhfə verməyəcəyi hər kəsə aydındır.

Millət vəkili Fazil Musatafa isə bildirir ki, Ermənistanın NATO-ya güvənib belə xəyallara düşməsi korafəhmlikdir: "Bizim əsas müttəfiqimiz Türkiyə NATO ölkələrindən biridir. Digər tərəfdən bölgənin digər aparıcı ölkələri, Rusiya və İran NATO-ya əks qütbdə dayanırlar. Belə olduğu halda Ermənistanın bundan fayda götürəcəyini yox, ziyan çəkməsi daha çox reallıqdır".

Millət vəkili qeyd edir ki, Qərblə gərgin münasibətlər fonunda Azərbaycan bu cür həmlələrin olacağını pronozlaşdırır: "Amma qeyd etməliyik ki, erməni xalqının faicəsini hazırlamaq kimi dəyərləndirilməlidir. Bunu reallaşdırmaq mümkün deyil. Azərbaycanın müstəqilliyini qorumaq dirənişi Qərb üçün qəbuledilməzdir. Ancaq onlar da anlayır ki, təhdid ilə danışmaq faydasızdır. Ermənistandan Azərbaycana qarşı istifadə etmək növbəti xəta olacaq. Çünki Ermənistan burada ən zəif bənddir".
Xəbər lenti
0