https://sputnik.az/20241015/ailelerin-atdigi-usaqlarin-taleyi-nece-olub--468088669.html
Ailələrin atdığı uşaqların taleyi necə olub?
Ailələrin atdığı uşaqların taleyi necə olub?
Sputnik Azərbaycan
Sosial Xidmətlər Agentliyi bildirib ki, 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. 15.10.2024, Sputnik Azərbaycan
2024-10-15T21:10+0400
2024-10-15T21:10+0400
2024-10-15T21:10+0400
uşaq
azərbaycan xəbərləri
əmək və əhalinin sosial müdafiə nazirliyi
sosial xidmətlər agentliyi
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_901:715:3071:1936_1920x0_80_0_0_682cac8d4939daccf3b0d4d0f692e2cc.jpg
BAKI, 15 oktyabr — Sputnik. Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı vaxtdan ötən 4 ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 274-ü qız, 358-i oğlandır. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirlərinə xüsusi önəm verir. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Qeyd olunan dövrdə 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_1062:541:3071:2048_1920x0_80_0_0_b488914d6871c65de7478ca74298ce62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, əmək və əhalinin sosial müdafiə nazirliyi, sosial xidmətlər agentliyi
uşaq, əmək və əhalinin sosial müdafiə nazirliyi, sosial xidmətlər agentliyi
Ailələrin atdığı uşaqların taleyi necə olub?
Sosial Xidmətlər Agentliyi bildirib ki, 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
BAKI, 15 oktyabr — Sputnik. Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı vaxtdan ötən 4 ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 274-ü qız, 358-i oğlandır.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirlərinə xüsusi önəm verir. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
Qeyd olunan dövrdə 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.