https://sputnik.az/20241014/azerbaycan-sahibkarlari-belarus-sirketleri-ile-emekdasliga-devet-olunur-468049691.html
Azərbaycan sahibkarları Belarus şirkətləri ilə əməkdaşlığa dəvət olunur
Azərbaycan sahibkarları Belarus şirkətləri ilə əməkdaşlığa dəvət olunur
Sputnik Azərbaycan
Belarus Ticarət və Sənaye Palatası tərəfindən potensial tərəfdaşlar üçün etibarlı tərəfdaşlar reyestri və "Belarus ixracatçıları" kataloqu hazırlanıb. 14.10.2024, Sputnik Azərbaycan
2024-10-14T14:13+0400
2024-10-14T14:13+0400
2024-10-14T14:15+0400
belarus
iqtisadiyyat
azərbaycan
mikayıl cabbarov
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465278468_0:193:2144:1399_1920x0_80_0_0_963bba61531081643c398866e2cb06e8.jpg
BAKI, 14 oktyabr — Sputnik. Belarus Ticarət və Sənaye Palatası ölkəmizin sahibkarlarını Belarus şirkətləri ilə əməkdaşlığa dəvət edir. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, məqsəd Azərbaycan və Belarus işgüzar dairələri arasında tərəfdaşlığın genişləndirilməsidir. Belarus Ticarət və Sənaye Palatası tərəfindən potensial tərəfdaşlar üçün etibarlı tərəfdaşlar reyestri və "Belarus ixracatçıları" kataloqu hazırlanıb. Hazırda reyestrə 300-dən çox ixracyönümlü Belarus şirkəti daxildir. Reyestr ilə bu linkə (https://www.cci.by/o-chlenstve/reestr-dobrosovestnykh-partnerov/reestr/) keçid edərək tanış olmaq mümkündür. "Belarus ixracatçıları" kataloqu 2700-ə yaxın şirkətlə əməkdaşlıq imkanları və perspektivləri haqqında ümumi məlumat təqdim edir. Kataloqla bu link vasitəsilə (https://www.cci.by/belorusskie-eksportery/) tanış olmaq mümkündür. "Ölkələrimiz arasında ticarət dövriyyəsi 29 faizə yaxın artıb" Qeyd edək ki, keçən ay iqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb. Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən birgə tədbirlərin, imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb. Qeyd edilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29 faizə yaxın artıb. Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb. Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər. Xatırladaq ki, Belarus Baş nazirinin müavini İqor Petrişenko bildirib ki, Azərbaycan və Belarus 2030-cu ilədək ticarət dövriyyəsini mərhələli şəkildə 1 milyard ABŞ dollarına çatdıracaq. Onun sözlərinə görə, Belarus və Azərbaycan dərman və baytarlıq preparatlarının birgə istehsalının yaradılmasını, həmçinin Azərbaycan azotundan və Belarus kaliumundan qarışıq gübrələr istehsal etməyi planlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465278468_122:0:1987:1399_1920x0_80_0_0_f8edc909752356b674e55f3dba47a23f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
belarus, azərbaycan, mikayıl cabbarov, mikayıl cabbarov
belarus, azərbaycan, mikayıl cabbarov, mikayıl cabbarov
Azərbaycan sahibkarları Belarus şirkətləri ilə əməkdaşlığa dəvət olunur
14:13 14.10.2024 (Yenilənib: 14:15 14.10.2024) Belarus Ticarət və Sənaye Palatası tərəfindən potensial tərəfdaşlar üçün etibarlı tərəfdaşlar reyestri və "Belarus ixracatçıları" kataloqu hazırlanıb.
BAKI, 14 oktyabr — Sputnik. Belarus Ticarət və Sənaye Palatası ölkəmizin sahibkarlarını Belarus şirkətləri ilə əməkdaşlığa dəvət edir.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, məqsəd Azərbaycan və Belarus işgüzar dairələri arasında tərəfdaşlığın genişləndirilməsidir.
Belarus Ticarət və Sənaye Palatası tərəfindən potensial tərəfdaşlar üçün etibarlı tərəfdaşlar reyestri və "Belarus ixracatçıları" kataloqu hazırlanıb. Hazırda reyestrə 300-dən çox ixracyönümlü Belarus şirkəti daxildir. Reyestr ilə bu linkə
(https://www.cci.by/o-chlenstve/reestr-dobrosovestnykh-partnerov/reestr/) keçid edərək tanış olmaq mümkündür.
"Belarus ixracatçıları" kataloqu 2700-ə yaxın şirkətlə əməkdaşlıq imkanları və perspektivləri haqqında ümumi məlumat təqdim edir. Kataloqla bu link vasitəsilə (https://www.cci.by/belorusskie-eksportery/) tanış olmaq mümkündür.
"Ölkələrimiz arasında ticarət dövriyyəsi 29 faizə yaxın artıb"
Qeyd edək ki, keçən ay iqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb. Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən birgə tədbirlərin, imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb.
Qeyd edilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29 faizə yaxın artıb. Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.
Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Belarus Baş nazirinin müavini İqor Petrişenko bildirib ki, Azərbaycan və Belarus 2030-cu ilədək ticarət dövriyyəsini mərhələli şəkildə 1 milyard ABŞ dollarına çatdıracaq. Onun sözlərinə görə, Belarus və Azərbaycan dərman və baytarlıq preparatlarının birgə istehsalının yaradılmasını, həmçinin Azərbaycan azotundan və Belarus kaliumundan qarışıq gübrələr istehsal etməyi planlaşdırır.