https://sputnik.az/20241014/abs-sulhe-ehemiyyet-verirse-tayvani-silahlandirmaqdan-el-cekmelidir---pekin-468051880.html
ABŞ sülhə əhəmiyyət verirsə, Tayvanı silahlandırmaqdan əl çəkməlidir - Pekin
ABŞ sülhə əhəmiyyət verirsə, Tayvanı silahlandırmaqdan əl çəkməlidir - Pekin
Sputnik Azərbaycan
Çin XİN rəsmisi bildirib ki, Tayvan Çinin bir hissəsidir və Tayvan məsələsi xarici müdaxiləyə dözməyən ÇXR-in daxili məsələsidir. 14.10.2024, Sputnik Azərbaycan
2024-10-14T22:33+0400
2024-10-14T22:33+0400
2024-10-14T22:33+0400
tayvan
dünya xəbərləri
abş
abş
çin
xin
xin
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_0:0:3072:1728_1920x0_80_0_0_a70ac684f03ebd475e720e3d668e0d07.jpg
BAKI, 14 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Tayvanda həqiqətən də sülhə əhəmiyyət verirsə, onu silahlandırmaqdan əl çəkməlidir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib. Daha əvvəl Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının sözçüsü Li Xi bildirib ki, Çin Tayvan ətrafında birgə hücum, blokada və əsas limanlara nəzarəti ələ keçirmək üçün "Birgə kəskin qılınc 2024B" hərbi təlimlərinə başlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Birləşmiş Ştatlar Tayvan ətrafında hərbi təlimlərdən ciddi narahatdır. "Tayvan Çinin bir hissəsidir və Tayvan məsələsi xarici müdaxiləyə dözməyən ÇXR-in daxili məsələsidir", Mao Nin qeyd edib. O bildirib ki, əgər Birləşmiş Ştatlar həqiqətən də Tayvan boğazında sülh və sabitliyə, eləcə də regionun çiçəklənməsinə önəm verirsə, o zaman "vahid Çin" prinsipinə və üç birgə Çin-ABŞ kommünikesinin müddəalarına ciddi əməl etməlidir. Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib. Adanı öz əyalətlərindən biri hesab edən Çin Pelosinin səfərini ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_12:0:2743:2048_1920x0_80_0_0_28f60e1e1e154ca1ccc62756a8213526.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tayvan, abş, abş, çin, xin, xin
tayvan, abş, abş, çin, xin, xin
ABŞ sülhə əhəmiyyət verirsə, Tayvanı silahlandırmaqdan əl çəkməlidir - Pekin
Çin XİN rəsmisi bildirib ki, Tayvan Çinin bir hissəsidir və Tayvan məsələsi xarici müdaxiləyə dözməyən ÇXR-in daxili məsələsidir.
BAKI, 14 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Tayvanda həqiqətən də sülhə əhəmiyyət verirsə, onu silahlandırmaqdan əl çəkməlidir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.
Daha əvvəl Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının sözçüsü Li Xi bildirib ki, Çin Tayvan ətrafında birgə hücum, blokada və əsas limanlara nəzarəti ələ keçirmək üçün "Birgə kəskin qılınc 2024B" hərbi təlimlərinə başlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Birləşmiş Ştatlar Tayvan ətrafında hərbi təlimlərdən ciddi narahatdır.
"Tayvan Çinin bir hissəsidir və Tayvan məsələsi xarici müdaxiləyə dözməyən ÇXR-in daxili məsələsidir", Mao Nin qeyd edib.
O bildirib ki, əgər Birləşmiş Ştatlar həqiqətən də Tayvan boğazında sülh və sabitliyə, eləcə də regionun çiçəklənməsinə önəm verirsə, o zaman "vahid Çin" prinsipinə və üç birgə Çin-ABŞ kommünikesinin müddəalarına ciddi əməl etməlidir.
Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib. Adanı öz əyalətlərindən biri hesab edən Çin Pelosinin səfərini ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.