Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yumurtanın insan orqanizminə xeyri nədir

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidyumurta
yumurta - Sputnik Azərbaycan, 1920, 13.10.2024
Abunə olmaq
Yumurta A vitamininin əla mənbəyidir.
BAKI, 13 oktyabr — Sputnik. Toyuq yumurtası insanlar üçün vacib olan bir çox vitaminlər və mikroelementdən ibarət məhsuldur, yumurtanı qaynadıb yemək isə daha yaxşıdır.
Bunu endokrinoloq Yekaterina Kazaçkova deyib.
"Müasir araşdırmalar göstərir ki, əksər insanlar üçün gündə 1-2 yumurta yemək təhlükəsiz və hətta faydalıdır. Ən faydalısı isə qaynadılmış yumurtadır ki, onların da tərkibində maksimum qida maddələri saxlanılır", - həkim qeyd edib.
Tibb mütəxəssisi yumurtaların gözün və dərinin sağlamlığı üçün zəruri olan A vitamininin əla mənbəyi olduğunu bildirib. Bundan əlavə, onların tərkibində immunitet sisteminin fəaliyyətində mühüm rol oynayan selen və sink mineralları da var.
Bu yaxınlarda "Strasti" saytı bildirib ki, mağazada mavi çalarları olan ağ yumurtanı almaq məsləhət deyil, çünki bu, toyuğun kifayət qədər yaxşı qidalanmadığını bildirir. Həmçinin qabığında tünd ləkələr və ya bərabər olamayan rəngdə olan yumurtalardan da çəkinmək lazımdır, çünki bu, məhsulun xarab olduğunu göstərə bilər.
Bundan əlavə yumurtada çoxlu protein olduğu halda həzmə kömək edən lif maddəsi isə yoxdur. Orqanizmdə lif çatışmazlığının qəbizliyə səbəb olduöunu da bilmək vacibdir.
Yeri gəlmişkən, ağ və ya qəhvəyi rəngdə olan toyuq yumurtalarının qabığının rəngi heç bir şəkildə məhsulun qida xüsusiyyətlərinə təsir göstərmir.
Xəbər lenti
0