Tarixdə bu gün: 13 oktyabr – FOTO
© Sputnik / Elnur Salayev13 oktyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 13-də kimlər anadan olub?
Kornel Uayld (1912-1989) - ABŞ aktyoru və rejissorudur. O, "Yol kənarı müəssisə", "Nokaut", "Qismətdən qaçmaq olmur" və s. filmlərdə rol alıb.
Marqaret Tetçer (1925-2013) – İngiltərə dövlət və siyasət xadimi, Böyük Britaniyanın Baş naziridir (1979-1990). O, bu vəzifəni tutan və Avropa dövlətinin Baş naziri olan ilk qadındır.
© AP Photo / Peter KempMarqaret Tetçer
Marqaret Tetçer
© AP Photo / Peter Kemp
Saveli Kramarov (1934-1995) - Sovet və ABŞ kino aktyoru, RSFSR-in əməkdar artistidir. O, "Bizim məhlənin oğlanları", "Bəxt cənabları", "Ola bilməz" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Saveli Kramarov
© Sputnik / Юрий Иванов
/ Leonid Nevedomski (1939-2018) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, "Ay yolu", "Evimiz buradadır" və s. filmlərdə rol alıb.
© SputnikLeonid Nevedomski
Leonid Nevedomski
© Sputnik
13 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1837-ci ildə Əlcəzairin fəthi zamanı fransızlar Konstantin şəhərini ələ keçiriblər.
1884-cü ildə Vaşinqtonda keçirilən Beynəlxalq Konfransda Qrinviçin sıfır meridianın yeri kimi təsdiqləndiyi bir qətnamə qəbul edilib. O vaxtdan bəri Qrinviç (sıfır) meridianının yerli orta günəş vaxtı ümumdünya vaxt adlanır.
1923-cü ildə Türkiyənin paytaxtı İstanbuldan Ankaraya köçürülüb.
1989-cu ildə BMT Baş Assambleyası 13 oktyabr tarixini Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü elan edib.