Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Heç də bütün sıyıqlar qan şəkərinin səviyyəsini artırmır

© Sputnik / Владимир Песня / Mediabanka keçidSıyıq, arxiv
Sıyıq, arxiv - Sputnik Azərbaycan, 1920, 13.10.2024
Abunə olmaq
Yalnız düyü və manna kimi yüksək qlisemik indeksi olan taxıllar şəkərin səviyyəsini artırırlar.
BAKI, 13 oktyabr — Sputnik. Heç də bütün sıyıqlar qanda qlükoza səviyyəsini artırmırlar.
Reabilitasiya həkimi Sergey Aqapkin və dietoloq Mixail Ginzburg "Rossiya 1" kanalında "Ən vacib şey haqqında" verilişinin efirində sıyıqlar haqqında məşhur mifi darmadağın ediblər.
Aqapkinə görə, bir çox insanlar sıyıqların tərkibindəki karbohidratlara görə onların qlükoza səviyyəsinə pis təsir etməli olduğuna inanırlar. Lakin bu, belə deyil. Məsələn, arpa sıyığı ("perlovaya"), əksinə, qlükoza səviyyəsini tənzimləməyə kömək edir.
Ginzburq əlavə edib ki, yalnız düyü və manna kimi yüksək qlisemik indeksi olan taxıllar şəkərin səviyyəsini artırırlar. O, belə dənli bitkiləri sürətli karbohidratlar, qalanlarını isə yavaş olanlar kimi təsnif edib.
Dietoloq və qastroenteroloq Rustem Sadıkov əvvəllər arpa sıyığının ("perlovaya") qadınların gəncliyini uzatmaq üçün ən yaxşı sıyıq olduğunu demişdi.
Bundan əvvəl qan yaratmağa kömək edən, orqanizmi təmizləyən və gücləndirən ən faydalı meyvələr barədə məlumat verilmişdi.
Xəbər lenti
0