CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Haram halala qarışıb: Rüşvətlə verilmiş "halal" standartları ləğv edilməlidir - Foto+Video

© Sputnik / Zullfiye GuluyevaKolbasa-sosiskanın satışı
Kolbasa-sosiskanın satışı - Sputnik Azərbaycan, 1920, 13.10.2024
Abunə olmaq
Ekspert deyib ki, marketlərdə satılan halal loqolu məhsullar satışdan yığışdırılmalıdır.
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycanda qida məhsullarına halal standartı illərdir ki, pul müqabilində verilib. Bu işdə yerli və xarici şirkətlərlə yanaşı Qafqaz Müsəlmanları İdarəsi də iştirak edib.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
O qeyd edib kji, rüşvətlə verilmiş halal standartları ləğv edilməli, yenidən müəssisələrdə monitorinqlər keçirilməlidir. Halal adının keçdiyi yerdə rüşvət olmamalıdır.
"Azərbaycan Standartlaşdırma İnstitutu"nun (AZSTANDART) Baş direktoru İlham Bayramov bu günlərdə Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) bildirib ki, Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur.
© Sputnik / Zullfiye GuluyevaKolbasa-sosiskanın satışı
Kolbasa-sosiskanın satışı - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Kolbasa-sosiskanın satışı
Halal sertifikatı verənlər akkreditasiyadan keçməlidir
Onun sözlərinə görə, bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub:
"Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verir. Bu böyük bir prosesdurdur. Bunun üçün müvafiq akkreditasiyadan keçmək lazımdır. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə orqanını təmsil etmək adı ilə bunu həyata keçirirsə, bu, qanuna zidd bir fəaliyyətdir".
İ.Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan ərazisində halal məhsulların və xidmətlərin sertifikatlaşdırması fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə Azərbaycan Akkreditasiya Mərkəzindən akkreditasiya almaq tələb olunur.
Halal məhsul necə olmalıdır?
Eyyub Hüseynov isə bildirib ki, halal standartla məhsullar islami qaydalara uyğun istehsal olunmalıdır:
"Dünya xalqları hər il halal mallara 3 trilyon ABŞ dolları pul ödəyir. Çünki halal mallar həm də ekoloji təmiz məhsul hesab olunur. Azərbaycanda isə halal məhsullar beynəlxalq standartlara uyğun istehsal edilmədiyindən, onların müsəlman ölkələrinə ixracı problem yaradır. Odur ki, bu prosesin dünya standartlarına uyğunlaşdırılması şərtdir".
Azərbaycanda yeni halal standartı ilə istehsal olunacaq məhsullara gəlincə, Eyyub Hüseynov deyir ki, tam hallıq prinsipinə əməl etmək yenə də mümkün olmayacaq.
"Biz təkliflər vermişdik ki, onurğasız heyvanların, zürafənin, qoşadırnaqlı, gövşəyən heyvanların halal olub-olmadığı dəqiqləşdirilsin. Bundan əlavə, halal standartları ilə istehsal prosesini onlayn izləmək mümkün olmaldıır. Hətta halal müəssisənin kredit borcu olmamalıdır. Çünki müsəlman qaydalarında kredit haram buyrulur. Çox təəssüf ki, bu təkliflər nəzərə alınmadı." - E.Hüseynov bildirib.
© Sputnik / Zullfiye GuluyevaKolbasa-sosiskanın satışı
Kolbasa-sosiskanın satışı - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Kolbasa-sosiskanın satışı
Dövlət qurumu iki müəssisəyə halal sertifikatı verib
Hazırda satışda halal holloqramla satışa çıxardılan məhsullar çoxdur. Halal məhsul istehsalı ilə məşğul "Səhliyalı" şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, "Səhliyalı" şirkətinin əsas brendi olan "Halal Nemət 1000 Bərəkət" 2009-cu ildə yaradılıb. Şirkət hazırda bu brend adı altında əlli çeşiddən çox məhsul istehsal edir. Manqalüstü sosisləri də məhz bu brendin məhsuludur. Məhsulların hazırlanma prosesində ənənəvi reseptlərdən, müasir avadanlıqlardan, əla növ xammaldan istifadə olunur.
Şirkət qeyri-halal məhsullar da istehsal edir, lakin "Min Bərəkət, Halal Nemət"in məhsulları ilə qeyri-halal məhsullar fərqli sexlərdə hazırlanır. Hətta çalışanların yeməkxanası, şirkətdən çıxış qapıları belə fərqlidir.
"İstehsalın hər bir mərhələsində sanitar-gigiyenik tələblərə ciddi nəzarət olunur. Bütün avadanlığın və istehsal otaqlarının gündəlik sterilizasiya emalı yüksək Avropa standartlarına uyğundur. Bu işdə polimer materialların və örtüklərin istifadəsi nəzərə çarpan effekt verir. İşə başlamazdan əvvəl bütün istehsal xəttləri qüvvədə olan normalara müvafiq olaraq tam sanitar emaldan keçirilir" - şirkət bildirib.
© Sputnik / Zullfiye GuluyevaKolbasa-sosiskanın satışı
Kolbasa-sosiskanın satışı - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Kolbasa-sosiskanın satışı
Şirkətdən onlara halal sertifikatın Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan verildiyini də bildiriblər.
AQTA-dan isə sorğumuza cavabda bildirilib ki, OIC/SMIIC 2:2019 "Uyğunluğun Qiymətləndirilməsi – Halal sertifikatlaşdırma təmin edən təşkilatlara dair tələbləri müəyyənləşdirir.
AQTA tərəfindən HALAL Uyğunluq sertifikatı və nişanından istifadə hüququ verilmiş təşkilatlar müqavilə qüvvədə olduğu müddət ərzində bu təlimatda qeyd olunan şərtlərə əməl etməlidir. Bu təlimatın müddəalarından kənar sertifikat və ya nişandan istifadə halları aşkar edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbir görülür. İnstitutdan indiyədək Halal sertifikatı ilə iki müəssisəyə məhsul istehsalına icazə verildiyini bildirdilər. Bunlardan biri "Səhliyalı" Kiçik Müəssisəsi, digəri isə "SİYƏZƏN BROYLER" ASC-dir.
Satışdakı halal loqolu məhsulların tərkibi yenidən yoxlanmalıdır
Qurum qeyd edib ki, Azərbaycanda "Halal" MMC adlı qurum fəaliyyət göstərir ki, onun laboratoriyaları var:
© Sputnik / Zullfiye GuluyevaKolbasa-sosiskanın satışı
Kolbasa-sosiskanın satışı - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Kolbasa-sosiskanın satışı

"Belə laboratoriyalar imkan verir ki, halal standartı ilə istehsal olunan məhsulların tərkibinə vurulan inqridiyentlər yoxlanılsın. Marketlərdə satılan halal loqolu məhsullar isə satışdan yığışdırılmalıdır. Onların tərkibində donuz əti və digər haram buyurulan inqridiyentlərin olub-olmadığı laborator yolla yoxlanılmalıdır. Bir sözlə, halal sözünün keçdiyi məhsullara haram qatılmamalıdır".

Xatırladaq ki, AZSTANDART-ın Baş direktoru İlham Bayramov halal infrastrukturun inkişafının həm iqtisadi həm də mənəvi baxımdan Azərbaycan üçün prioritet məsələ olduğunu bildirib. O, vurğulayıb ki, məqsəd bu sahədə istehlakçıların etimadını formalaşdırmaq və onların aldadılmasının qarşısını almaqdır.
"Son illər aparılan təhlillər göstərir ki, Azərbaycandakı istehlakçılarda halal məhsullara o qədər də inam yoxdur. Biz mütləq şəkildə bu inamı yenidən formalaşdırmalıyıq. Çünki bəzi istehsalçılar halal sözünü sadəcə bir brend olaraq istifadə edirlər. Bu, çox çaşdırıcı bir məqamdır və yolverilməzdir" Bayramov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0