Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığorta hesabına hansı klinikalarda ürək əməliyyatları aparılır?

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidƏməliyyat, arxiv
Əməliyyat, arxiv - Sputnik Azərbaycan, 1920, 13.10.2024
Abunə olmaq
Qurumdan bildirilib ki, icbari tibbi sığorta ilə təmin edilən EKS və ICD beynəlxalq sertifikatlı cihazlardır.
BAKI, 13 oktyabr — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın qarşıladığı ürək əməliyyyatlarını və bu əməliyyatların aparıldığı tibb müəssisələrinin adlarını açıqlayıb.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, medikamentoz (dərman preparatları) müalicəyə tabe olmayan, həyat üçün təhlükəli aritmiyaların müalicəsi endovaskulyar ablasiya, elektrokardiostimulyator (EKS), implantat kardioverzion-defibrilyator (ICD) və açıq cərrahi əməliyyat yolu ilə mümkündür. Bu əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır. İmplantasiya zamanı anesteziya xidməti, cihazların proqramlaşdırılması, reviziyası, yerdəyişməsi, dəyişdirilməsi, elektrodların qulaqcıq və ya mədəciklərə yerləşdirilməsi, dəyişdirilməsi və çıxarılması, xəstəxanada yatış zamanı qidalanma icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin aritmiyaların diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanan elektrokardioqrafiya (EKQ), kardiovaskulyar stres test, Holter monitorinqi (24 və ya 48 saatlıq EKQ qeydi), exokardioqrafiya və digər müayinələr əsasında aparılır. Ehtiyac olduqda tibbi göstərişə əsasən rentgenoqrafiya, MRT, transezofageal exokardioqrafiya, kateter əsaslı invaziv elektrofizioloji müayinə, laborator analizlər təyin oluna bilər.
İcbari tibbi sığorta ilə təmin edilən EKS və ICD beynəlxalq sertifikatlı cihazlardır. Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həkim göstərişinə əsasən icra olunur.
Xəbər lenti
0