DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Rusiyanın yeni ərazilərini tanımağa hazırdır

© Sputnik / Sergey Averin / Mediabanka keçidDonetsk, arxiv
Donetsk, arxiv - Sputnik Azərbaycan, 1920, 12.10.2024
Abunə olmaq
Kiyevdəki yüksək rütbəli məmurun sözlərinə görə, insanlar daha döyüşmək istəmirlər.
BAKI, 12 oktyabr - Sputnik. Almaniya mediası yüksək rütbəli ukraynalı məmura istinadən yazır ki, Kiyevdə ABŞ-ın zəifləyən dəstəyi fonunda münaqişə zonasında ərazi reallıqlarının tanınması variantları ciddi müzakirə olunur.
"Ukraynada müharibə başladıqdan sonra ilk dəfə hökumət Rusiyaya ərazi güzəştlərini müzakirə etməyə başlayıb” - Almaniyanın “Der Spiegel” nəşri öz mənbəsindən sitat gətirib.

"Ukrayna paytaxtı ölkənin indiyədək Ukrayna ərazisinin demək olar ki, 20%-ni təşkil edən işğal olunmuş torpaqları tamamilə geri qaytarmaqdan imtina etdiyi ssenariləri ciddi şəkildə müzakirə edir. Məmur etiraf edir ki, qələbə haqqında yanlış təsəvvür yaranıb” - nəşr yazır.

Mənbənin sözlərinə görə, əvvəllər Kiyevdə Rusiya Federasiyasının “şərtsiz təslim olması” ideyası var idisə, indi məlum olub ki, “güzəştsiz” razılaşmalar əldə oluna bilməz və “sövdələşmə Rusiya üçün də faydalı olmalıdır”. Vəziyyəti ABŞ-dan dəstəyin zəifləməsi daha da gərginləşdirir.
“İstər Tramp, istərsə də Harris, amerikalılar yavaş-yavaş, lakin mütləq yox olacaqlar... Proqnoz pisdir”, mənbə qeyd edib.
O, ordudakı əhval-ruhiyyə ilə bağlı bədbin fikirlərini də bölüşüb:

"İnsanlar daha döyüşmək istəmirlər. Müharibənin ədalətsizliyi cəmiyyəti parçalaya bilər".

Bundan əvvəl media Vladimir Zelenskinin ABŞ-ın təhlükəsizlik zəmanəti və Avropa İttifaqına sürətləndirilmiş qoşulma ehtimalı müqabilində Ukraynada hazırkı cəbhə xətti boyunca atəşkəslə razılaşa biləcəyini yazmışdı.
Öz növbəsində, Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano jurnalistlərin Brüsselin Ukraynanın Aİ-yə ərazilərinin bir hissəsi olmadan daxil olması ilə bağlı danışıqlarda iştirak edib-etməməsi ilə bağlı sualını cavablandırarkən vurğulayıb ki, Avropa İttifaqı Ukraynanı “beynəlxalq tanınmış sərhədlər” daxilində dəstəkləyir.
Yada salaq ki, iyunun 14-də Rusiya prezidenti Vladimir Putin nizamlanma üçün aşağıdakı ilkin şərtləri qeyd edib: Ukrayna Silahlı Qüvvələrinin DXR, LXR, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması; Rusiya Konstitusiyasında təsbit edilmiş ərazi reallıqlarının tanınması; Ukraynanın neytral, nüvə silahından azad statusu; onun demilitarizasiyası və denazifikasiyası; rusdilli vətəndaşların hüquq, azadlıq və mənafelərinin təmin edilməsi; Rusiyaya qarşı bütün sanksiyaların ləğvi.
Xəbər lenti
0