DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pezeşkian Putini “İsrailin cinayətləri” ilə fəal mübarizəyə səslədi

© Sputnik / Александр Щербак / POOL / Mediabanka keçidVladimir Putin və Məsud Pezeşkian görüş zamanı
Vladimir Putin və Məsud Pezeşkian görüş zamanı - Sputnik Azərbaycan, 1920, 12.10.2024
Abunə olmaq
“Hizbullah” İsrail ordusunun Livanın cənubundakı mövqelərinə zərbələr endirib.
BAKI, 12 oktyabr - Sputnik. İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Aşqabadda keçirdiyi görüşdə Rusiyanı İsrailin Livan və Qəzza zolağında dinc əhalinin kütləvi ölümünə səbəb olan hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.
Bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.
“Biz regiondakı məsələləri, xüsusilə İsrailin Livanda və Qəzza zolağında qadın və uşaqlara qarşı törətdiyi cinayətlərlə bağlı Rusiyanın daha fəal rol oynamasını müzakirə etdik” - Pezeşkian vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında Aşqabadda danışıqlar olub.
Bildirilib ki, bu, Məsud Pezeşkian seçiləndən sonra prezidentlər arasında ilk əyani görüşdür.
Türkmənistanın paytaxtı Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forum keçirilir. Rusiya və İran prezidenti də bu məqsədlə Aşqabada gediblər.
Bu arada “Hizbullah” İsrail ordusunun Livanın cənubundakı mövqelərinə zərbələr endirib.
Qruplaşmaya yaxın mənbələrin yaydığı məlumata görə, nəticədə tərəflər arasında şiddətli döyüşlər baş verib. Hadisələrin episentri əsasən Ras-al-Nakura qəsəbəsi olub.
Görülən tədbirlər nəticəsində terror qruplaşmasının silahlıları geri çəkiliblər.
Xəbər lenti
0