https://sputnik.az/20241012/abs-ran-nefti-ile-ticarete-gore-sirketlere-ve-tankerlere-sanksiya-tetbiq-edib-468023906.html
ABŞ İran nefti ilə ticarətə görə şirkətlərə və tankerlərə sanksiya tətbiq edib
ABŞ İran nefti ilə ticarətə görə şirkətlərə və tankerlərə sanksiya tətbiq edib
Sputnik Azərbaycan
Blinken bildirib ki, məqsəd “İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq”, həmçinin... 12.10.2024, Sputnik Azərbaycan
2024-10-12T14:19+0400
2024-10-12T14:19+0400
2024-10-12T14:19+0400
dünya xəbərləri
abş
iran
sanksiya
entoni blinken
nüvə proqramı
iranın nüvə proqramı
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467943540_0:156:3086:1892_1920x0_80_0_0_d7ecfeeb2fd169d8005a06ca37adaca7.jpg
BAKI, 12 oktyabr - Sputnik. Amerika administrasiyası 16 hüquqi şəxs və 23 tankeri sanksiya siyahısına daxil edib ki, onların versiyasına görə, İran neftinin ticarəti və daşınması ilə məşğul olublar.Bu barədə Report ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatına istinadla məlumat yayıb.Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi “İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq”, həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırmaqdan çəkindirməkdir.“Eyni zamanda, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə əlaqələndirmədə İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən hər hansı şəxsə qarşı sanksiyaların tətbiqini başladacaq sərəncam verir” – Blinken əlavə edib.Maliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Çin, Hindistan, BƏƏ, Malayziya, Panama, Liberiya, Surinam və Marşal Adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. Amerikanın qara siyahılarına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk Adaları, Palau, Panama, Sent-Kits və Nevis, San-Tome və Prinsipi, həmçinin Esvatini bayraqları altında olan gəmilər düşüb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467943540_178:0:2909:2048_1920x0_80_0_0_a2d07f78db5372223649cf312054b939.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, iran, sanksiya, entoni blinken, nüvə proqramı, iranın nüvə proqramı, abş dövlət departamenti
abş, iran, sanksiya, entoni blinken, nüvə proqramı, iranın nüvə proqramı, abş dövlət departamenti
ABŞ İran nefti ilə ticarətə görə şirkətlərə və tankerlərə sanksiya tətbiq edib
Blinken bildirib ki, məqsəd “İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq”, həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırmaqdan çəkindirməkdir.
BAKI, 12 oktyabr - Sputnik. Amerika administrasiyası 16 hüquqi şəxs və 23 tankeri sanksiya siyahısına daxil edib ki, onların versiyasına görə, İran neftinin ticarəti və daşınması ilə məşğul olublar.
Bu barədə Report ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatına istinadla məlumat yayıb.
Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi “İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq”, həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırmaqdan çəkindirməkdir.
“Eyni zamanda, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə əlaqələndirmədə İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən hər hansı şəxsə qarşı sanksiyaların tətbiqini başladacaq sərəncam verir” – Blinken əlavə edib.
Maliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Çin, Hindistan, BƏƏ, Malayziya, Panama, Liberiya, Surinam və Marşal Adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. Amerikanın qara siyahılarına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk Adaları, Palau, Panama, Sent-Kits və Nevis, San-Tome və Prinsipi, həmçinin Esvatini bayraqları altında olan gəmilər düşüb.