DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vuçiç yekun anti-Rusiya bəyannaməsini imzalamaqdan imtina edib

© Hannah McKay / Pool via APSerbiya Prezidenti Aleksandr Vuçiç
Serbiya Prezidenti Aleksandr Vuçiç - Sputnik Azərbaycan, 1920, 11.10.2024
Abunə olmaq
Vuçiç bildirib ki, Serbiyanın səyləri sayəsində Cənub-Şərqi Avropa dövlətlərinin sammitinin bəyannaməsində "hərbi yardım" ifadəsi yoxdur.
BAKI, 11 oktyabr — Sputnik. Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynadakı vəziyyətlə bağlı Cənub-Şərqi Avropa dövlətlərinin sammitinin yekun bəyannaməsini imzalamayıb və ona dəyişikliklər edib.
"Tanyuq" agentliyi xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.
Vuçiç sənəddə dörd bəndin dəyişdirildiyini söyləyib. Onlardan biri Rusiyaya qarşı sanksiyaların tətbiqinin zəruriliyindən danışır. Beləliklə, Belqrad Moskvanın sanksiyalar siyahısına əlavə edilməsinin tərəfdarı olmayacaq.
"Və hazırda ölkələrin Rusiya əleyhinə sanksiyalar tətbiq etməyə borclu olduqları barədə danışılmır. Söhbət öz tədbirlərini Aİ tədbirləri ilə əlaqələndirməyə çağırmaqdan gedir", – Vuçiç bildirib.
O qeyd edib ki, Serbiya öz siyasətini davam etdirir və müstəqil ölkədir.
Daha əvvəl Aleksandr Vuçiç bildirib ki, Serbiyanın səyləri sayəsində Cənub-Şərqi Avropa dövlətlərinin sammitinin bəyannaməsində "hərbi yardım" ifadəsi yoxdur.
Xəbər lenti
0