DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya ilə NATO arasında toqquşma gözlənilir - Lavrovun müavini

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko - Sputnik Azərbaycan, 1920, 11.10.2024
Abunə olmaq
Qərbdə alyansla Rusiya Federasiyası arasında birbaşa silahlı münaqişə ilə bağlı fikirlər getdikcə daha çox səslənir.
BAKI, 11 oktyabr — Sputnik. Rusiya Federasiyası ilə NATO arasında hərbi toqquşma riskinin artması yeni baş katib Mark Ruttenin şəxsiyyəti ilə deyil, bütövlükdə alyansın qarşıdurma kursu ilə bağlıdır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko RİA Novosti-yə bildirib.
"Rusiya ilə alyans arasında hərbi toqquşma riskinə gəlincə, onlar ardıcıl olaraq Rusiya ilə qarşıdurma siyasətini təbliğ edirdilər. Rutte müttəfiqlərin vahid mövqeyini səsləndirən Şimali Atlantika Alyansının katibliyini idarə edən funksionerdir. O, blokun siyasətini müəyyən etmir, əsas məsələlərdə bunu ABŞ diktə edir", Qruşko qeyd edib.
Rutte oktyabrın 1-də bu vəzifədə Yens Stoltenberqi əvəz edərək NATO-nun baş katibi vəzifəsinə başlayıb. Baş katib kimi ilk bəyanatında o, alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşməni artıracağını və innovasiyaları stimullaşdıracağını bildirib.
Son zamanlar Qərbdə alyansla Rusiya Federasiyası arasında birbaşa silahlı münaqişə ilə bağlı fikirlər getdikcə daha çox səslənir. Kreml qeyd edib ki, Rusiya Federasiyası Alyansa təhlükə yaratmır, heç kimə hədə-qorxu gəlmir, lakin öz maraqları üçün potensial təhlükəli hərəkətlərə də dözüm nümayiş etdirməyəcək. Bundan əlavə, son illərdə Rusiya Federasiyası NATO-nun qərb sərhədləri yaxınlığında görünməmiş fəaliyyətini qeyd edib. Alyans təşəbbüsləri genişləndirir və bunu Rusiya təcavüzünün qarşısının alınması adlandırır. Moskva dəfələrlə Avropada ittifaq qüvvələrinin güclənməsindən narahatlığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva NATO ilə dialoqa açıqdır, lakin bərabər əsasda, Qərb qitənin hərbiləşdirilməsi kursundan əl çəkməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0