https://sputnik.az/20241011/ran-sraile-komek-edeceyi-teqdirde-seudiyye-erebistanini-muharibe-ile-hedeleyir-468016621.html
İran İsrailə kömək edəcəyi təqdirdə Səudiyyə Ərəbistanını müharibə ilə hədələyir
İran İsrailə kömək edəcəyi təqdirdə Səudiyyə Ərəbistanını müharibə ilə hədələyir
Sputnik Azərbaycan
İranlılar, əgər Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bunun, müharibə aktı olacağını bəyan ediblər. 11.10.2024, Sputnik Azərbaycan
2024-10-11T17:35+0400
2024-10-11T17:35+0400
2024-10-11T18:10+0400
iran
dünya xəbərləri
israil
səudiyyə ərəbistanı
müharibə
https://cdnn1.img.sputnik.az/img/41194/05/411940545_0:270:5184:3186_1920x0_80_0_0_1fcf5028eafc95a0308af0ca880a9254.jpg
BAKI, 11 oktyabr — Sputnik. İran körfəzi ölkələri öz obyektlərinin İran və ya müttəfiqləri üçün hədəf ola biləcəyindən ehtiyat edərək ABŞ-ın İranın neft obyektlərinə İsrailin hücumunun qarşısını almağa yönəlmiş hərəkətlərinə dəstək verirlər. Bu barədə "Reuters" agentliyinə körfəzdəki üç mənbə məlumat verib. Hökumət mənbələri xüsusilə Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İsrailə İrana hücum etmək üçün hava məkanından istifadə etməsinə icazə verməkdən imtina etdiklərini və mövqeləri barədə ABŞ-ı məlumatlandırdıqlarını bildiriblər. Eyni zamanda İran Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, əgər İsrailə mümkün hücumda kömək edərsə, onun neft obyektlərinin qorunmasına zəmanət verə bilməyəcək. Səudiyyəli analitik Əli Şihabi qeyd edib ki, Tehran Yəmən və ya İraq kimi müttəfiqləri vasitəsilə mümkün cavab tədbirləri ilə bağlı Ər-Riyada "açıq siqnal göndərib". "İranlılar, əgər Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bunun, müharibə aktı olacağını bəyan ediblər" – o, dəqiqləşdirib. Bundan əvvəl bildirilmişdi ki, İran tərəfi İsrail ərazisinə hücumlardan sonra Qətər vasitəsilə ABŞ-a mesaj verib. Tehran "birtərəfli təmkin" göstərməkdən imtina etdiyini bildirib. Səbəb bölgədəki gərgin vəziyyətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41194/05/411940545_288:0:4896:3456_1920x0_80_0_0_0b8d677ca1dbe483e6709d623c5bec55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
iran, israil, səudiyyə ərəbistanı, müharibə
iran, israil, səudiyyə ərəbistanı, müharibə
İran İsrailə kömək edəcəyi təqdirdə Səudiyyə Ərəbistanını müharibə ilə hədələyir
17:35 11.10.2024 (Yenilənib: 18:10 11.10.2024) İranlılar, əgər Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bunun, müharibə aktı olacağını bəyan ediblər.
BAKI, 11 oktyabr — Sputnik. İran körfəzi ölkələri öz obyektlərinin İran və ya müttəfiqləri üçün hədəf ola biləcəyindən ehtiyat edərək ABŞ-ın İranın neft obyektlərinə İsrailin hücumunun qarşısını almağa yönəlmiş hərəkətlərinə dəstək verirlər.
Bu barədə "Reuters" agentliyinə körfəzdəki üç mənbə məlumat verib.
Hökumət mənbələri xüsusilə Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İsrailə İrana hücum etmək üçün hava məkanından istifadə etməsinə icazə verməkdən imtina etdiklərini və mövqeləri barədə ABŞ-ı məlumatlandırdıqlarını bildiriblər.
Eyni zamanda İran Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, əgər İsrailə mümkün hücumda kömək edərsə, onun neft obyektlərinin qorunmasına zəmanət verə bilməyəcək. Səudiyyəli analitik Əli Şihabi qeyd edib ki, Tehran Yəmən və ya İraq kimi müttəfiqləri vasitəsilə mümkün cavab tədbirləri ilə bağlı Ər-Riyada "açıq siqnal göndərib".
"İranlılar, əgər Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bunun, müharibə aktı olacağını bəyan ediblər" – o, dəqiqləşdirib.
Bundan əvvəl bildirilmişdi ki, İran tərəfi İsrail ərazisinə hücumlardan sonra Qətər vasitəsilə ABŞ-a mesaj verib. Tehran "birtərəfli təmkin" göstərməkdən imtina etdiyini bildirib. Səbəb bölgədəki gərgin vəziyyətdir.