https://sputnik.az/20241011/qazpromun-rehberi-miller-dunyada-yeni-qaz-regionunun-yaradildigini-beyan-edib-468018328.html
"Qazprom"un rəhbəri Miller dünyada yeni qaz regionunun yaradıldığını bəyan edib
"Qazprom"un rəhbəri Miller dünyada yeni qaz regionunun yaradıldığını bəyan edib
Sputnik Azərbaycan
"Qazprom" rəhbəri hesab edir ki, gələcəkdə Şimal-Şərqi Asiya istiqamətində yeni böyük ixracyönümlü dəhlizlərin yaradılması mümkündür. 11.10.2024, Sputnik Azərbaycan
2024-10-11T16:43+0400
2024-10-11T16:43+0400
2024-10-11T18:08+0400
qazprom
neft-qaz
putin
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442187689_0:160:3073:1888_1920x0_80_0_0_24d87738e3bc6b3278d755680018b822.jpg
BAKI, 11 oktyabr — Sputnik. Hazırda dünya bazarında yeni qaz istehlakı regionu formalaşır və bu, unikal hadisədir. Bunu "Qazprom"un rəhbəri Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda çıxışı zamanı bildirib. "Biz tamamilə unikal fenomenin - yeni dayanıqlı qaz regionunun formalaşmasının şahidi və iştirakçılarıyıq" – "TASS" onun sözlərindən sitat gətirib. Millerin sözlərinə görə, regiona Mərkəzi, Cənubi Asiya, Qafqaz və Uzaq Şərq daxildir. "Qazprom" rəhbəri hesab edir ki, gələcəkdə Şimal-Şərqi Asiya istiqamətində yeni böyük ixracyönümlü dəhlizlərin yaradılması mümkündür. Miller, həmçinin qaz istehlakında "qlobal cənub ölkələri"nin artan roluna diqqət çəkib. Onun sözlərinə görə, əgər dörddə bir əsr əvvəl onlar qlobal qaz tələbatının 45%-ni istehlak edirdilərsə, bu gün bu, artıq 55%-dir. Şirkətlərin hesablamalarına görə, 2050-ci ilə qədər isə onların qlobal enerji balansında istehlak həcmi 70%-ə yüksələcək. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin "Rusiya enerji həftəsi" VII Beynəlxalq Forumu çərçivəsində keçirilən plenar iclasda "Qazprom"a və hökumətə şirkətin 10 il üçün inkişaf planı hazırlamağı tapşırmışdı. O qeyd edib ki, xüsusilə, tərəflər qaz təchizatı marşrutlarının yenidən bölüşdürülməsini nəzərə almalı olacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442187689_170:0:2901:2048_1920x0_80_0_0_06294ea32ff1c7970e4fd854db1fd3b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qazprom, putin, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
qazprom, putin, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
"Qazprom"un rəhbəri Miller dünyada yeni qaz regionunun yaradıldığını bəyan edib
16:43 11.10.2024 (Yenilənib: 18:08 11.10.2024) "Qazprom" rəhbəri hesab edir ki, gələcəkdə Şimal-Şərqi Asiya istiqamətində yeni böyük ixracyönümlü dəhlizlərin yaradılması mümkündür.
BAKI, 11 oktyabr — Sputnik. Hazırda dünya bazarında yeni qaz istehlakı regionu formalaşır və bu, unikal hadisədir.
Bunu "Qazprom"un rəhbəri Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda çıxışı zamanı bildirib.
"Biz tamamilə unikal fenomenin - yeni dayanıqlı qaz regionunun formalaşmasının şahidi və iştirakçılarıyıq" – "TASS" onun sözlərindən sitat gətirib.
Millerin sözlərinə görə, regiona Mərkəzi, Cənubi Asiya, Qafqaz və Uzaq Şərq daxildir. "Qazprom" rəhbəri hesab edir ki, gələcəkdə Şimal-Şərqi Asiya istiqamətində yeni böyük ixracyönümlü dəhlizlərin yaradılması mümkündür.
Miller, həmçinin qaz istehlakında "qlobal cənub ölkələri"nin artan roluna diqqət çəkib. Onun sözlərinə görə, əgər dörddə bir əsr əvvəl onlar qlobal qaz tələbatının 45%-ni istehlak edirdilərsə, bu gün bu, artıq 55%-dir. Şirkətlərin hesablamalarına görə, 2050-ci ilə qədər isə onların qlobal enerji balansında istehlak həcmi 70%-ə yüksələcək.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin "Rusiya enerji həftəsi" VII Beynəlxalq Forumu çərçivəsində keçirilən plenar iclasda "Qazprom"a və hökumətə şirkətin 10 il üçün inkişaf planı hazırlamağı tapşırmışdı. O qeyd edib ki, xüsusilə, tərəflər qaz təchizatı marşrutlarının yenidən bölüşdürülməsini nəzərə almalı olacaqlar.