https://sputnik.az/20241011/poteka-ile-ev-almaq-isteyenlere-sad-xeber--467992566.html
İpoteka ilə ev almaq istəyənlərə şad xəbər!
İpoteka ilə ev almaq istəyənlərə şad xəbər!
Sputnik Azərbaycan
İpoteka ilə satılacaq evlərin sayı artırıldı
2024-10-11T09:32+0400
2024-10-11T09:32+0400
2024-10-11T11:52+0400
ipoteka
cəmiyyət
"kredit zəmanət fondu" asc
ipoteka və kredit zəmanət fondu
mənzil
"elektron hökumət" portalı
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020008_0:0:3640:2048_1920x0_80_0_0_b668bb88ce932f8639d64ba8f719e955.jpg
BAKI, 11 oktyabr — Sputnik. İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard manatı keçib. Bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manatın ayrılması ilə mümkün olacaq. Bəs, nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir? Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq Fərman imzalayır: "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktiki olaraq hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur". Deputat qeyd edib ki, bütövlükdə, Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur: "Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini də genişləndirir. Deməli, bu, həmçinin daha çox vətəndaşlar üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir". "İndiyədək Fond tərəfindən 51778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3,2 milyard manatdan çoxdur" - o, əlavə edib. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı təxminən 10 faizə yaxın artıb: "Bu addım ipoteka götürmək istəyənlərin sayını yüksəldəcək və ipoteka bazarı daha da inkişaf edəcək". Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır? İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan "Elektron ipoteka və kredit zəmanət" sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar. Kreditin alınmasında yaş məhdudiyyəti varmı? Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz. Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi? Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir. Xatırladaq ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020008_489:0:3220:2048_1920x0_80_0_0_853e05a92d1292aaa6849336e59882a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycanda ipoteka ilə ev almaq istəyənlərə yaşıl işıq, ipoteka ilə satılacaq evlərin sayı artırıldı
azərbaycanda ipoteka ilə ev almaq istəyənlərə yaşıl işıq, ipoteka ilə satılacaq evlərin sayı artırıldı
İpoteka ilə ev almaq istəyənlərə şad xəbər!
09:32 11.10.2024 (Yenilənib: 11:52 11.10.2024) İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini də genişləndirir.
BAKI, 11 oktyabr — Sputnik. İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard manatı keçib. Bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manatın ayrılması ilə mümkün olacaq.
Bəs, nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq Fərman imzalayır:
"Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktiki olaraq hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur".
Deputat qeyd edib ki, bütövlükdə, Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur: "Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini də genişləndirir. Deməli, bu, həmçinin daha çox vətəndaşlar üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir".
"İndiyədək Fond tərəfindən 51778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3,2 milyard manatdan çoxdur" - o, əlavə edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı təxminən 10 faizə yaxın artıb: "Bu addım ipoteka götürmək istəyənlərin sayını yüksəldəcək və ipoteka bazarı daha da inkişaf edəcək".
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?
İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan "Elektron ipoteka və kredit zəmanət" sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.
Kreditin alınmasında yaş məhdudiyyəti varmı?
Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.
Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?
Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.
Xatırladaq ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.