Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

BDU-nun 18 tələbəsi dönərdən zəhərləndi-Son durum açıqlandı

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidDönərin hazırlanması, arxiv
Dönərin hazırlanması, arxiv - Sputnik Azərbaycan, 1920, 11.10.2024
Abunə olmaq
TƏBİB-dən bildirilib ki, onlardan 7 kişi, 11 qadın cinsli olmaqla zəhərlənmə şübhəsilə müraciət edib.
BAKI, 11 oktyabr — Sputnik. Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsi zəhərlənib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə dünən saat 19 radələrində baş verib.
Filialın bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub. Zəhərlənən tələbələr aşağıdakılardır:
Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov
Tovuz rayon sakini 2007-ci il təvəllüdlü F.Rzayeva
Tovuz rayon sakini 2001-ci il təvəllüdlü İ. Niyazova
Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanova
Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibova
Ağstafa rayon sakini 2000-ci il təvəllüdlü Ş. Məmmədova
Ağstafa rayon sakini 2005-ci il təvəllüdlü N. Hacıyevə
Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova
Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyeva
Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirova
Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətov
Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımova
Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova
Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədli
Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırova
Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazov
Goranboy rayon sakini 2004-cü il təvəllüdlü O. Cəfərov
Goranboy rayon sakini2005-ci il təvəllüdlü A. İsgəndərova.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar aparılır.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Qazaxda dönərdən kütləvi zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) araşdırmaya başlanılıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
Xəbər lenti
0