https://sputnik.az/20241011/bagca-muellimlerinin-diaqnostik-qiymetlendirilmesine-baslanilir-468009773.html
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır
Sputnik Azərbaycan
Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur. 11.10.2024, Sputnik Azərbaycan
2024-10-11T15:17+0400
2024-10-11T15:17+0400
2024-10-11T15:21+0400
bağça
təhsil
diaqnostik qiymətləndirmə
diaqnostik qiymətləndirilmə
müəllim
https://cdnn1.img.sputnik.az/img/41921/12/419211294_0:0:1949:1097_1920x0_80_0_0_0abee30345fb8764e7dfec06b02f5727.jpg
BAKI, 11 oktyabr — Sputnik. 19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41921/12/419211294_226:0:1949:1292_1920x0_80_0_0_a1e8b713125fdfe7eeb7f13978c4ce92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bağça, diaqnostik qiymətləndirmə, diaqnostik qiymətləndirilmə, müəllim
bağça, diaqnostik qiymətləndirmə, diaqnostik qiymətləndirilmə, müəllim
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır
15:17 11.10.2024 (Yenilənib: 15:21 11.10.2024) Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
BAKI, 11 oktyabr — Sputnik. 19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.