https://sputnik.az/20241011/a-asean-dialoqu-avrasiyada-iqtisadi-elaqeleri-inkisaf-etdirir-468018947.html
Aİİ-ASEAN dialoqu Avrasiyada iqtisadi əlaqələri inkişaf etdirir
Aİİ-ASEAN dialoqu Avrasiyada iqtisadi əlaqələri inkişaf etdirir
Sputnik Azərbaycan
İnteqrasiyalərarası əməkdaşlıq Avrasiya qitəsində iqtisadi əlaqənin əsasını qoyur ki, bu da Böyük Avrasiya Tərəfdaşlığı konsepsiyasına uyğundur. 11.10.2024, Sputnik Azərbaycan
2024-10-11T19:47+0400
2024-10-11T19:47+0400
2024-10-11T19:47+0400
iqtisadi
iqtisadiyyat
aii
dialoq
dialoq
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463434645_0:0:3066:1725_1920x0_80_0_0_997f710072cda898577f8a1ddd1886cf.jpg
BAKI, 11 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında dialoq Avrasiyada iqtisadi əlaqələri təşviq edir. Bu barədə oktyabrın 10-da Vyentyanda ASEAN-ın Biznes İnvestisiya Sammiti çərçivəsində "ASEAN və Şimali Avrasiyanın makroregionlarının iqtisadi inteqrasiyası və əlaqəsi" sessiyasında bildirilib. İştirakçılar ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı, eləcə də iki regionun iqtisadi potensialının reallaşdırılması yollarını müzakirə ediblər. Sessiyada Avrasiya İqtisadi Komissiyasının (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri Eldar Alışerov çıxış edərək bildirib ki, inteqrasiya regionun iqtisadiyyatlarını daha sabit edən, rəqabət üstünlüklərini üzə çıxaran, xarici şokları neytrallaşdıran, əsas göstəricilərin yaxınlaşmasını təmin edən bir vasitədir. AİK naziri vurğulayıb ki, inteqrasiyalərarası əməkdaşlıq Avrasiya qitəsində iqtisadi əlaqənin əsasını qoyur və bu, regionda irəli sürülən Böyük Avrasiya Tərəfdaşlığı konsepsiyasına uyğundur. "Avrasiyada maneəsiz iqtisadi məkanın qurulması üçün şəraitin yaradılması üçün fəal işləmək vacibdir" - AİK naziri Aİİ və ASEAN arasında rəqəmsallaşma, sənaye kooperasiyası, nəqliyyat və logistika, ərzaq təminatı, infrastruktur və enerji sahələrini qeyd edib. Alişerov onu da vurğulayıb ki, Aİİ və ASEAN-ın işgüzar dairələri iki assosiasiya arasında dialoqun inkişafı üçün əsas hərəkətverici qüvvələrdir və birbaşa regionlar arasında ümumi etimad məkanı formalaşdırırlar. AİK naziri ASEAN ölkələrinin rəsmi və işgüzar dairələrini noyabrın sonunda Malayziyada keçirilməsi planlaşdırılan Aİİ-ASEAN biznes dialoqunda iştirak etməyə dəvət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463434645_135:0:2866:2048_1920x0_80_0_0_bedb82906152128e973856ae08df321c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
iqtisadi, aii, dialoq, dialoq
iqtisadi, aii, dialoq, dialoq
Aİİ-ASEAN dialoqu Avrasiyada iqtisadi əlaqələri inkişaf etdirir
İnteqrasiyalərarası əməkdaşlıq Avrasiya qitəsində iqtisadi əlaqənin əsasını qoyur ki, bu da Böyük Avrasiya Tərəfdaşlığı konsepsiyasına uyğundur.
BAKI, 11 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında dialoq Avrasiyada iqtisadi əlaqələri təşviq edir.
Bu barədə oktyabrın 10-da Vyentyanda ASEAN-ın Biznes İnvestisiya Sammiti çərçivəsində "ASEAN və Şimali Avrasiyanın makroregionlarının iqtisadi inteqrasiyası və əlaqəsi" sessiyasında bildirilib.
İştirakçılar ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı, eləcə də iki regionun iqtisadi potensialının reallaşdırılması yollarını müzakirə ediblər.
Sessiyada Avrasiya İqtisadi Komissiyasının (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri Eldar Alışerov çıxış edərək bildirib ki, inteqrasiya regionun iqtisadiyyatlarını daha sabit edən, rəqabət üstünlüklərini üzə çıxaran, xarici şokları neytrallaşdıran, əsas göstəricilərin yaxınlaşmasını təmin edən bir vasitədir.
AİK naziri vurğulayıb ki, inteqrasiyalərarası əməkdaşlıq Avrasiya qitəsində iqtisadi əlaqənin əsasını qoyur və bu, regionda irəli sürülən Böyük Avrasiya Tərəfdaşlığı konsepsiyasına uyğundur.
"Avrasiyada maneəsiz iqtisadi məkanın qurulması üçün şəraitin yaradılması üçün fəal işləmək vacibdir" - AİK naziri Aİİ və ASEAN arasında rəqəmsallaşma, sənaye kooperasiyası, nəqliyyat və logistika, ərzaq təminatı, infrastruktur və enerji sahələrini qeyd edib.
Alişerov onu da vurğulayıb ki, Aİİ və ASEAN-ın işgüzar dairələri iki assosiasiya arasında dialoqun inkişafı üçün əsas hərəkətverici qüvvələrdir və birbaşa regionlar arasında ümumi etimad məkanı formalaşdırırlar. AİK naziri ASEAN ölkələrinin rəsmi və işgüzar dairələrini noyabrın sonunda Malayziyada keçirilməsi planlaşdırılan Aİİ-ASEAN biznes dialoqunda iştirak etməyə dəvət edib.