CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xərclər gözləntiləri aşdı: Xınalıq kəndi necə bərpa olunur

© Sputnik / Kemale Aliyeva"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Xınalıq və Köç Yolu Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Abunə olmaq
Dövlət Turizm Agentliyi tərəfindən bərpa işlərinin davam etdiyi Azərbaycanın ən mənzərəli yerlərindən birinə mediatur təşkil edilib.
BAKI, 10 oktyabr — Sputnik. Xınalıq kəndinin və Köçəri yolunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasından bir il ötür.
Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yerli KİV nümayəndələri üçün "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.
Tədbir zamanı jurnalistlərə il ərzində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin tələblərinə uyğun olaraq qoruğun restrukturizasiyası başa çatdırılıb, bərpa və konservasiya ilə bağlı əsas sənədlər hazırlanıb.
© Sputnik / Kemale Aliyeva"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Пресс-тур в Хыналыг - Sputnik Azərbaycan, 1920, 10.10.2024
"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə
Xınalıq Azərbaycanın mənzərəli yerlərindən biridir. Burada buludlara əlinizlə toxuna bilərsiniz. Oraya çatmaq o qədər də asan deyil. Kənd Böyük Qafqaz silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Elə ilk dəqiqədən öz mənzərəli peyzajı və sakinlərinin qonaqpərvərliyi ilə ovsunlayır, təmiz havası isə başınızı məst edir. Hazırda orada 1200 nəfər yaşayır.
Xınalığa səfərimiz zamanı biz yerli sakinləri müşahidə etdik. Onlar bir dəqiqə belə boş oturmurdular. Hamı gündəlik işləri ilə məşğul olurdu. Demək olar ki, hamısı ingiliscə danışan uşaqlar isə qonaqların ardınca az qala daban-dabana gedirdilər. Bütün bunlar isə uşaqların dediyinə görə tez-tez kəndlərinə baş çəkən və bir neçə gün burada qalan xarici turistlərin sayəsindədir - uşaqlar onlara bələdçilik edirlər.
Evlərdən birinin yanında bir kişi xalçanın üstündə oturmuşdu. Onunla görüşdük. Adı Rauf Lalayevdir. O, xınalıqlıların sevimli ləzzətli yeməyi olan "psu" hazırlayırdı. Adam qovrulmuş taxılı əl dəyirmanının dəliyinə atıb fırladır, sonra isə üyüdülmüş taxılı şəkər və su ilə qarışdırırdı. R.Lalayev yerli Xınalıq dilində danışırdı.
© Sputnik / Kemale AliyevaXınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Пресс-тур в село Хыналыг - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq olduğundan hər evin yanında tövlə var. Qadınlar əsasən yun saplar əyirir, onlardan corablar toxuyurlar. Bu corabları qışda özləri geyinir, həm də turistlərə satırlar.
Yerli ticarət mərkəzinin rəhbəri Yusif Şabanovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, o, digər kənd sakinləri kimi bütün ömrünü bu möcüzəli məkanda keçirib və onların heç birinin oranı tərk etmək arzusu olmayıb.
"Dövlət Turizm Agentliyinin sayəsində Xınalıq inkişaf edir, bərpa olunur və ya yeni evlər tikilir. Burada yaşamaq üçün hər cür şərait yaradılır. Əvvəllər burada qış çox soyuq olduğundan bizim üçün çox çətin idi. Amma hazırda isinə biləcəyimiz evlərimiz var. Kənddə məktəb, tibb məntəqəsi mövcuddur. Hər şeydən razıyıq" - Şabanov qeyd edib.
Kənddə xarici turistlərə də rast gəldik. Onlar Xınalığa heyran qalmışdılar və heç yerdə belə gözəllik görmədiklərini etiraf etdilər. İtaliyadan olan turist Valerio Fatsio müxtəlif ölkələrə səyahət etdiyini, lakin Azərbaycana ilk dəfə gəldiyini və hamının ona bu inanılmaz gözəl məkanı ziyarət etməyi tövsiyə etdiyini bildirib.
"Bura gəlmək asan deyil, amma buna dəyər. Biz burada bir neçə gün qalmaq niyyətindəyik, evi kirayə götürdük. Ev sahibi bizə isti yataq, səhər yeməyi və nahar verdi. Bütün insanlar çox mehriban və ünsiyyətcildir. Uşaqlarla ünsiyyət qurmaq daha asandır, çünki onlar böyüklərdən fərqli olaraq ingilis dilini bilirlər" - Fatsio "Sputnik Azərbaycan"a etiraf edib.
© Sputnik / Kemale Aliyeva"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Пресс-тур в Хыналыг - Sputnik Azərbaycan, 1920, 10.10.2024
"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Xərclər proqnozu 50% üstələyib
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Sputnik Azərbaycan"a açıqlamasında bildirib ki, 2020-ci ildən Xınalığın memarlıq dəyərlərinin qorunması məqsədilə 60 qəzalı evin bərpası üçün layihələndirmə işləri aparılıb. Onlardan 41-i artıq tam təmir olunub. Növbəti iki ildə daha 19 evin təmiri nəzərdə tutulub. Xınalıqdakı evlərin əksəriyyəti ikimərtəbəli olduğundan, təmir işlərinin ümumi sahəsi 18 min kvadratmetrdən çoxdur.
"Təmir-bərpa işlərinin dəyəri 6,6 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan 50 faiz çoxdur. Əvvəlcə 44 evin təmirinə 4,4 milyon manat ayrılıb. Bir evin bərpasına ƏDV nəzərə alınmaqla 100 min manat xərclənməsi planlaşdırılırdı. Ancaq obyektiv səbəblərə görə xərclər daha yüksək olub" - Nağıyev qeyd edib.
© Sputnik / Kemale Aliyeva"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Пресс-тур в Хыналыг - Sputnik Azərbaycan, 1920, 10.10.2024
"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Onun sözlərinə görə, bərpa işlərinin aparılmasında əsas çətinliklər dağlıq ərazi və sərt iqlimlə bağlıdır ki, bu da tikintini cəmi beş ay - maydan sentyabr ayına kimi aparmağa imkan verir. Bundan əlavə, bütün evlər yarıuçulmuş vəziyyətdə olduğundan işlərin həcmi durmadan artır. Bütün bunlar tikinti müddətinin uzadılmasına və xərclərin artmasına səbəb olur.
"Xınalıq kəndinin sakinlərinin çoxsaylı müraciətləri ilə onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün ilkin planda olmayan təndirlər (gil soba - red.), hamam, tövlə və digər tikililər də tikilib. Bu, xərclərin kifayət qədər artmasına səbəb olub. Biz yalnız xüsusi - UNESCO-nun Ümumdünya İrs Komitəsinin tövsiyələrinə uyğun olaraq kifayət qədər bahalı tikinti materiallarından istifadə edirik. Onları Xınalığa qaldırmaq çox çətindir və bu, çox vaxt alır" – Nağıyev qeyd edib.
Genişmiqyaslı təmir-bərpa işlərinin, eləcə də Turizm üzrə Dövlət Agentliyinin digər layihələrinin həyata keçirilməsi yerli sakinlərin məşğulluğunun və rifahının artmasına kömək edib: bir neçə il ərzində Xınalıq əhalisinin, demək olar ki, 90%-i işlə təmin olunub.
"Hazırda biz burada düşərgə, gəzinti, eləcə də parkinq və suvenir mağazası kimi yeni turizm məhsullarının yaradılması üzərində işləyirik. Otel tikməyi planlaşdırmırıq. Turistlər yaşayış üçün hər cür şərait yaradılan kənd sakinlərinin evlərində qala bilərlər. Yeri gəlmişkən, biz təkcə evləri təmir etmirik, həm də sakinləri mebellə təmin edirik" - Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
© Sputnik / Kemale Aliyeva"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Пресс-тур в Хыналыг - Sputnik Azərbaycan, 1920, 10.10.2024
"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu
Xatırladaq ki, "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb.
2023-cü il sentyabrın 18-də isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0