https://sputnik.az/20241010/ukrayna-qerb-silahlarinin-sinaq-meydanidir-467990497.html
Ukrayna Qərb silahlarının sınaq meydanıdır
Ukrayna Qərb silahlarının sınaq meydanıdır
Sputnik Azərbaycan
Daha əvvəl Popov Rusiyanın Su-35 qırıcılarının döyüş gücünə görə Mirage 2000-dən əhəmiyyətli dərəcədə üstün olduğunu bildirib. 10.10.2024, Sputnik Azərbaycan
2024-10-10T23:20+0400
2024-10-10T23:20+0400
2024-10-10T23:20+0400
ukrayna
dünya xəbərləri
təyyarə
paris
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489827_0:160:3072:1888_1920x0_80_0_0_720a30210cdce17d1504382c22f955a0.jpg
BAKI, 10 oktyabr — Sputnik. Ukrayna Qərbin Ukrayna ordusuna verdiyi silahların sınaq meydançasıdır. Bu barədə Rusiya Federasiyasının əməkdar hərbi pilotu, general-mayor Vladimir Popov Fransanın "Mirage 2000" qırıcılarının Kiyevə çatdırılmasının elan edilməsini şərh edərkən bildirib. "Toqquşmalarda, yeni müharibə teatrında daim nəyisə yoxlayırlar. Ukrayna Qərb ölkələri üçün sınaq meydanıdır. Təyyarələrində daha sonra nə edəcəklərinə əmin olmaq üçün bir məşq meydançası. Bunlar, sadəcə üzərində təcrübələr apardıqları meymunlardır – vəssalam. Onlara texnikanı verirlər, sonra müşahidə edirlər. Eyni zamanda, onlar nə öz kadrlarını, nə də nüfuzlarını itirmirlər və bu, onlar üçün mənəvi və psixoloji cəhətdən daha asan başa gəlir" - general nəşrin jurnalistinə bildirib. Daha əvvəl Popov Rusiyanın Su-35 qırıcılarının döyüş gücünə görə Mirage 2000-dən əhəmiyyətli dərəcədə üstün olduğunu bildirib. Eyni zamanda o, əlavə edib ki, fransız qırıcıları ABŞ F-16-dan daha güclüdürlər. General bildirib ki, ukraynalı pilotların "Mirage 2000" təyyarəsini idarə etmək üçün hazırlanması ən azı 6-8 ay çəkəcək. O, həmçinin qeyd edib ki, təyyarələrin tədarükü heç bir şəkildə döyüş bölgəsindəki vəziyyətə təsir göstərməyəcək. Onun sözlərinə görə, fransalı qırıcıların onlara veriləcəyi təqdirdə Ukrayna qoşunları problem yaşayacaq. Bundan əlavə, Popov bəyan edib ki, Paris təlimatçılar adı altında "Miraj"ı idarə etmək üçün öz pilotlarını Ukraynaya göndərə bilər. Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirmişdi ki, Paris Kiyevi yeni hava-yer silahları ilə təchiz ediləcək "Mirage 2000" qırıcıları ilə təmin edəcək. O, təyyarələrin gələn ilin yanvar-mart aylarında təhvil veriləcəyinə dəqiqlik gətirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489827_171:0:2902:2048_1920x0_80_0_0_88a48220854bf2e2ca5549c46c282459.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ukrayna, təyyarə, paris, kiyev
ukrayna, təyyarə, paris, kiyev
Ukrayna Qərb silahlarının sınaq meydanıdır
Daha əvvəl Popov Rusiyanın Su-35 qırıcılarının döyüş gücünə görə Mirage 2000-dən əhəmiyyətli dərəcədə üstün olduğunu bildirib.
BAKI, 10 oktyabr — Sputnik. Ukrayna Qərbin Ukrayna ordusuna verdiyi silahların sınaq meydançasıdır.
Bu barədə Rusiya Federasiyasının əməkdar hərbi pilotu, general-mayor Vladimir Popov Fransanın "Mirage 2000" qırıcılarının Kiyevə çatdırılmasının elan edilməsini şərh edərkən bildirib.
"Toqquşmalarda, yeni müharibə teatrında daim nəyisə yoxlayırlar. Ukrayna Qərb ölkələri üçün sınaq meydanıdır. Təyyarələrində daha sonra nə edəcəklərinə əmin olmaq üçün bir məşq meydançası. Bunlar, sadəcə üzərində təcrübələr apardıqları meymunlardır – vəssalam. Onlara texnikanı verirlər, sonra müşahidə edirlər. Eyni zamanda, onlar nə öz kadrlarını, nə də nüfuzlarını itirmirlər və bu, onlar üçün mənəvi və psixoloji cəhətdən daha asan başa gəlir" - general nəşrin jurnalistinə bildirib.
Daha əvvəl Popov Rusiyanın Su-35 qırıcılarının döyüş gücünə görə Mirage 2000-dən əhəmiyyətli dərəcədə üstün olduğunu bildirib. Eyni zamanda o, əlavə edib ki, fransız qırıcıları ABŞ F-16-dan daha güclüdürlər.
General bildirib ki, ukraynalı pilotların "Mirage 2000" təyyarəsini idarə etmək üçün hazırlanması ən azı 6-8 ay çəkəcək. O, həmçinin qeyd edib ki, təyyarələrin tədarükü heç bir şəkildə döyüş bölgəsindəki vəziyyətə təsir göstərməyəcək.
Onun sözlərinə görə, fransalı qırıcıların onlara veriləcəyi təqdirdə Ukrayna qoşunları problem yaşayacaq. Bundan əlavə, Popov bəyan edib ki, Paris təlimatçılar adı altında "Miraj"ı idarə etmək üçün öz pilotlarını Ukraynaya göndərə bilər.
Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirmişdi ki, Paris Kiyevi yeni hava-yer silahları ilə təchiz ediləcək "Mirage 2000" qırıcıları ilə təmin edəcək. O, təyyarələrin gələn ilin yanvar-mart aylarında təhvil veriləcəyinə dəqiqlik gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!