https://sputnik.az/20241010/prezident-su-ehtiyatlarindan-semereli-istifadeye-dair-milli-strategiyani-tesdiqledi-468004954.html
Prezident “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi
Prezident “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi
Sputnik Azərbaycan
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya təsdiqləndi
2024-10-10T20:22+0400
2024-10-10T20:22+0400
2024-10-10T20:24+0400
iqtisadiyyat
prezident ilham əliyev
dövlət su ehtiyatları agentliyi
qarabağ
zəngəzur
şərqi zəngəzur iqtisadi rayonu
https://cdnn1.img.sputnik.az/img/42277/40/422774046_0:0:1000:563_1920x0_80_0_0_88a7402d85bc4f948789b3620245b397.jpg
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.Sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.Qeyd edək ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.Daha ətraflı linkdəDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
https://sputnik.az/20241010/lham-eliyev-azerbaycan-su-qitligi-ile-uzlesib-467993215.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42277/40/422774046_72:0:1000:696_1920x0_80_0_0_b5380d22f9727392ed10b6968b393c5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya, ilham əliyev, su ehtiyatları azalacaq
su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya, ilham əliyev, su ehtiyatları azalacaq
Prezident “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi
20:22 10.10.2024 (Yenilənib: 20:24 10.10.2024) Azərbaycanda 2070-ci ildə su ehtiyatlarının 15−25 % azalacağı proqnozlaşdırılır.
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.
Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Qeyd edək ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!