https://sputnik.az/20241010/pasinyan-ermenistanda-nazir-qoymaga-adam-tapmir-467987785.html
Paşinyan Ermənistanda nazir qoymağa adam tapmır
Paşinyan Ermənistanda nazir qoymağa adam tapmır
Sputnik Azərbaycan
"Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim qüvvə namizəd seçə bilməyib. 10.10.2024, Sputnik Azərbaycan
2024-10-10T19:17+0400
2024-10-10T19:17+0400
2024-10-10T19:17+0400
ermənistan
dünya xəbərləri
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_0:32:3072:1760_1920x0_80_0_0_690a164439e1cc5e58105365b0ab934f.jpg
BAKI, 10 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin dünənki iclasının təfərrüatları məlum olub. Rəsmi açıqlamada kadr məsələlərinin müzakirə edildiyi bildirilib. Əslində, əsas mövzu ədliyyə naziri postuna namizəd məsələsi olub. "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim qüvvə namizəd seçə bilməyib. Deputatlığa namizədlər Arusyak Culakyan və Arpi Davoyanın namizədliyinə baxılıb. Lakin səsvermədən əvvəl Culakyan namizədliyini geri götürüb və Davoyanı kollegiyanın yalnız iki üzvü - müdafiə naziri Suren Papikyan və deputat Vaaqn Aleksanyan dəstəkləyib. Xatırladaq ki, nazir vəzifəsi oktyabrın 1-də Qriqor Minasyan istefa ərizəsi verdikdən sonra boş qalıb. Bundan əvvəl "Vətəndaş müqaviləsi" fraksiyasının təşəbbüsü ilə Minasyanı vəzifədən uzaqlaşdırmaq məqsədi ilə imza toplanması baş tutub. Xatırladaq ki, sentyabrın 26-da Ermənistanın ədliyyə nazirinin müavini Sirvard Gevorkyan intriqalar səbəbindən vəzifəsindən istefa verib. Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb. "İntriqalar ağlı məğlub etdi. Bu gün Ermənistanın ədliyyə nazirinin müavini vəzifəsindən istefa ərizəsi vermişəm. Nazir Qriqor Minasyanın rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin komandasını böyük ağrı və təəssüf hissi ilə tərk edirəm. Uzun illər bu sistemdə işləmişəm və hələ çox şey etməli idim. Bu gündəlik çətin, lakin çox vacib işdə iştirak etmək istərdim. Təəssüf ki, hər iki siyasi qütbdən öz siyasi maraqları və ya şəxsi intriqaları naminə mümkün və qeyri-mümkün olan hər şeyi manipulyasiya edən qəzəbli insanların hücumuna məruz qaldım. Heç bir vəzifə və ya iş məni dostlarımı və həmkarlarımı riskə atmağa məcbur edə bilməz", Gevorkyan qeyd edib. 2024-cü il oktyabrın 1-də Ermənistan Ədliyyə naziri Qriqor Minasyan da öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Minasyan 2022-ci ilin yanvarında nazir müavini, həmin ilin dekabrında isə ədliyyə naziri təyin olunmuşdu. Minasyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkənidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_225:0:2956:2048_1920x0_80_0_0_5e85f2b90f192f737114f51c4243d87a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Paşinyan Ermənistanda nazir qoymağa adam tapmır
"Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim qüvvə namizəd seçə bilməyib.
BAKI, 10 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin dünənki iclasının təfərrüatları məlum olub. Rəsmi açıqlamada kadr məsələlərinin müzakirə edildiyi bildirilib.
Əslində, əsas mövzu ədliyyə naziri postuna namizəd məsələsi olub. "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim qüvvə namizəd seçə bilməyib.
Deputatlığa namizədlər Arusyak Culakyan və Arpi Davoyanın namizədliyinə baxılıb. Lakin səsvermədən əvvəl Culakyan namizədliyini geri götürüb və Davoyanı kollegiyanın yalnız iki üzvü - müdafiə naziri Suren Papikyan və deputat Vaaqn Aleksanyan dəstəkləyib.
Xatırladaq ki, nazir vəzifəsi oktyabrın 1-də Qriqor Minasyan istefa ərizəsi verdikdən sonra boş qalıb. Bundan əvvəl "Vətəndaş müqaviləsi" fraksiyasının təşəbbüsü ilə Minasyanı vəzifədən uzaqlaşdırmaq məqsədi ilə imza toplanması baş tutub.
Xatırladaq ki, sentyabrın 26-da Ermənistanın ədliyyə nazirinin müavini Sirvard Gevorkyan intriqalar səbəbindən vəzifəsindən istefa verib. Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
"İntriqalar ağlı məğlub etdi. Bu gün Ermənistanın ədliyyə nazirinin müavini vəzifəsindən istefa ərizəsi vermişəm. Nazir Qriqor Minasyanın rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin komandasını böyük ağrı və təəssüf hissi ilə tərk edirəm. Uzun illər bu sistemdə işləmişəm və hələ çox şey etməli idim. Bu gündəlik çətin, lakin çox vacib işdə iştirak etmək istərdim. Təəssüf ki, hər iki siyasi qütbdən öz siyasi maraqları və ya şəxsi intriqaları naminə mümkün və qeyri-mümkün olan hər şeyi manipulyasiya edən qəzəbli insanların hücumuna məruz qaldım. Heç bir vəzifə və ya iş məni dostlarımı və həmkarlarımı riskə atmağa məcbur edə bilməz", Gevorkyan qeyd edib.
2024-cü il oktyabrın 1-də Ermənistan Ədliyyə naziri Qriqor Minasyan da öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Minasyan 2022-ci ilin yanvarında nazir müavini, həmin ilin dekabrında isə ədliyyə naziri təyin olunmuşdu. Minasyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkənidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin