DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan Rusiya neftinin ölkəyə tədarükünü bərpa edib

© AP Photo / Petr David JosekPeter Siyarto, arxiv
Peter Siyarto, arxiv - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Abunə olmaq
Siyyarto deyib ki, Ukraynanın hərəkətlərinə görə Macarıstan Rusiya neftini qəbul edərkən əlavə risk və xərclərlə üzləşir.
BAKI, 10 oktyabr — Sputnik. "Lukoyl"un Macarıstana neft tədarükü bərpa edilib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib.
O qeyd edib ki, neft Ukrayna və Belarusla sərhəddə qəbul edilir.
"Ukraynanın hərəkətlərinə görə Macarıstan Rusiya neftini qəbul edərkən əlavə risk və xərclərlə üzləşir" - nazir deyib.
Siyyarto onu da əlavə edib ki, Macarıstan Rusiya ilə qaz sahəsində əməkdaşlıqdan imtina edərsə, digər dövlətlərdən xammalın nəqli mümkün olmayacaq.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası Macarıstan və Slovakiyaya Rusiya Federasiyasından neftdən imtina etməyi və Ukrayna tərəfinin Rusiyadan tədarükü blokladığı şikayətinə cavab olaraq alternativ mənbələr axtarmağı tövsiyə etmişdi.
02.09.24, 20:42
Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz
Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz.
Bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto "RBC"yə müsahibəsində bildirib.
"Əgər Macarıstan Rusiyadan neft tədarükünü dayandırarsa, biz sadəcə sağ qala bilməyəcəyik, sözün əsl mənasında ölkəni bəsləyə bilməyəcəyik", nazir vurğulayıb.
Siyasətçinin sözlərinə görə, ölkə hökuməti sadəcə olaraq yanacağa olan tələbatı ödəyə bilməyəcək. Macarıstanın ölkəni lazımi enerji resursları ilə təmin etmək üçün uyğun alternativi yoxdur.
Avqustun 30-da Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın gələn il yanvar ayının ilk günlərindən etibarən Rusiya neft və qazının Avropaya tranzitini dayandıracağını söyləyib. Ukrayna rəsmisi qeyd edib ki, Avropa İttifaqının (Aİ) Slovakiya, Çexiya və Macarıstanın neft tədarükünün şaxələndirilməsi üçün imkanlar tapması barədə qətnaməsi var.
Xatırladaq ki, avqustun 2-də Avropa Komissiyası Macarıstana və Slovakiyaya Rusiya neftindən imtina etmək imkanlarını nəzərdən keçirməyə və alternativ tədarük mənbələri tapmağa dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0