DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanı qarışdırmayaq: Çinin xarici işlər naziri Yaponiyaya çağırış edib

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidÇin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ, arxiv
Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ, arxiv - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Abunə olmaq
Takeşi İvaya öz növbəsində, Yaponiya və Çinin Asiyada və bütün dünyada sülh və sabitlik üçün mühüm məsuliyyət daşıdığını qeyd edib.
BAKI, 10 oktyabr — Sputnik. Çin Yaponiyanı xarici qüvvələrin regional qarşıdurmanı gücləndirməsinə imkan verməməyə çağırır. Bunu Çinin xarici işlər naziri Vanq İ yaponiyalı həmkarı Takeşi İvaya ilə telefon danışığında deyib.
"Xaotik beynəlxalq vəziyyətdə, regionda qlobal sülh və sabitliyin qorunması asan deyil və ona hörmət edilməlidir. Xüsusən də biz xarici qüvvələrin problem yaratmasının və regional qarşıdurmanı qızışdırmasının qarşısını almalıyıq" - XİN rəhbəri deyib.
O əlavə edib ki, qarşılıqlı faydalı əməkdaşlıq və ümumi inkişaf Çin və Yaponiya xalqlarının köklü maraqlarına uyğundur.
Takeşi İvaya öz növbəsində, Yaponiya və Çinin Asiyada və bütün dünyada sülh və sabitlik üçün mühüm məsuliyyət daşıdığını qeyd edib.
"Yaponiyanın yeni Nazirlər Kabineti dialoq və əməkdaşlıq diplomatiyasının təşviqinə sadiqdir. Regional sülhün və sabitliyin təşviqinə, eləcə də qlobal çağırışlara cavab verməyə daha çox töhfə vermək üçün əməkdaşlığı gücləndirmək üçün Çin ilə işləməyə hazırıq", Yaponiyanın xarici işlər naziri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0