https://sputnik.az/20241010/dunya-banki-azerbaycanin-enerjiden-elde-edeceyi-gelirleri-aciqlayib-468005132.html
Dünya Bankı Azərbaycanın enerjidən əldə edəcəyi gəlirləri açıqlayıb
Dünya Bankı Azərbaycanın enerjidən əldə edəcəyi gəlirləri açıqlayıb
Sputnik Azərbaycan
Azərbaycan 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 %-dən çox azalda bilər. 10.10.2024, Sputnik Azərbaycan
2024-10-10T20:40+0400
2024-10-10T20:40+0400
2024-10-10T20:40+0400
iqtisadiyyat
dünya bankı
enerji
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:451:4200:2814_1920x0_80_0_0_fbedcf66a8fc9a91dbe8ba23c752c756.jpg
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycanda ictimai binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi hazırda elektrik enerjisi istehsalı üçün sərf edilən əlavə təbii qaz həcmlərinin ixracı hesabına ölkəyə ildə 509 milyon ABŞ dolları gəlir gətirə bilər.Bunu Dünya Bankının energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Azərbaycanda enerji səmərəliliyinin artırılması tədbirləri ilə bağlı təqdimatında deyib.“İctimai binalarda enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi hesabına Azərbaycanın elektrik enerjisinə qənaət üçün texniki potensialı istehlakın 50 %-ni təşkil edir ki, bu da enerji təchizatı xərclərinə ildə 154 milyon ABŞ dollarına qədər qənaət etməyə imkan verəcək”, – o bildirib.Baş mütəxəssis qeyd edib ki, söhbət ümumi sahəsi 40 milyon kvadratmetr olan 45 min ictimai binanın enerji səmərəliliyinin artırılmasından gedir.“Biz yaşayış sektorunda binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlamağı və onların əhatə dairəsini tədricən digər sektorlarda da genişləndirməyi təklif edirik. Bizim qiymətləndirmələrimizə görə, ictimai binalarda enerji səmərəliliyi tədbirləri sayəsində illik ümumi enerji istehlakının 0,9 %-dən 3,1 %-nə qədər enerjiyə qənaət etmək mümkün ola bilər. Bu da öz növbəsində ildə əlavə 644 milyon kubmetr təbii qazın (hazırda elektrik enerjisi istehsalı üçün sərf olunur) ixracını və 509 milyon ABŞ dollarına qədər əlavə gəliri təmin edə bilər”, - o bildirib.Y.Orucu qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsinə pilot layihələrdən başlamaq olar.“Hökumətin bu istiqamətdə görəcəyi çox işlər var. Ölkədə Enerji Səmərəliliyi Fondunun yaradılmasını tövsiyə edirik. Bundan başqa, enerjiyə qənaət edən avadanlıqların əlçatanlığı məsələsi də həll edilməlidir” - o əlavə edib.Baş mütəxəssis onu da qeyd edib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi (binaların izolyasiyası və səmərəli istilik cihazlarının istifadəsi) 2060-cı ilə qədər xalis sıfır emissiyası ssenarisi çərçivəsində 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 %-dən çox azalda bilər.Onun sözlərinə görə, 2030-cu ilə qədər yekun tələbin 5 %, 2050-ci ilə qədər isə 15 % azalmasına nail olmaq üçün elektrik enerjisinin bütün son istehlak sektorlarında enerji səmərəliliyinin artırılması siyasəti tətbiq edilməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:0:3752:2814_1920x0_80_0_0_a96f0dacf14c9f0eea5168f08ad0abc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya bankı, enerji, elektrik enerjisi
dünya bankı, enerji, elektrik enerjisi
Dünya Bankı Azərbaycanın enerjidən əldə edəcəyi gəlirləri açıqlayıb
Azərbaycan 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 %-dən çox azalda bilər.
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycanda ictimai binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi hazırda elektrik enerjisi istehsalı üçün sərf edilən əlavə təbii qaz həcmlərinin ixracı hesabına ölkəyə ildə 509 milyon ABŞ dolları gəlir gətirə bilər.
Bunu Dünya Bankının energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Azərbaycanda enerji səmərəliliyinin artırılması tədbirləri ilə bağlı təqdimatında deyib.
“İctimai binalarda enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi hesabına Azərbaycanın elektrik enerjisinə qənaət üçün texniki potensialı istehlakın 50 %-ni təşkil edir ki, bu da enerji təchizatı xərclərinə ildə 154 milyon ABŞ dollarına qədər qənaət etməyə imkan verəcək”, – o bildirib.
Baş mütəxəssis qeyd edib ki, söhbət ümumi sahəsi 40 milyon kvadratmetr olan 45 min ictimai binanın enerji səmərəliliyinin artırılmasından gedir.
“Biz yaşayış sektorunda binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlamağı və onların əhatə dairəsini tədricən digər sektorlarda da genişləndirməyi təklif edirik. Bizim qiymətləndirmələrimizə görə, ictimai binalarda enerji səmərəliliyi tədbirləri sayəsində illik ümumi enerji istehlakının 0,9 %-dən 3,1 %-nə qədər enerjiyə qənaət etmək mümkün ola bilər. Bu da öz növbəsində ildə əlavə 644 milyon kubmetr təbii qazın (hazırda elektrik enerjisi istehsalı üçün sərf olunur) ixracını və 509 milyon ABŞ dollarına qədər əlavə gəliri təmin edə bilər”, - o bildirib.
Y.Orucu qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsinə pilot layihələrdən başlamaq olar.
“Hökumətin bu istiqamətdə görəcəyi çox işlər var. Ölkədə Enerji Səmərəliliyi Fondunun yaradılmasını tövsiyə edirik. Bundan başqa, enerjiyə qənaət edən avadanlıqların əlçatanlığı məsələsi də həll edilməlidir” - o əlavə edib.
Baş mütəxəssis onu da qeyd edib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi (binaların izolyasiyası və səmərəli istilik cihazlarının istifadəsi) 2060-cı ilə qədər xalis sıfır emissiyası ssenarisi çərçivəsində 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 %-dən çox azalda bilər.
Onun sözlərinə görə, 2030-cu ilə qədər yekun tələbin 5 %, 2050-ci ilə qədər isə 15 % azalmasına nail olmaq üçün elektrik enerjisinin bütün son istehlak sektorlarında enerji səmərəliliyinin artırılması siyasəti tətbiq edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!