DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin dövründə ABŞ-ın qlobal iqtisadiyyatdakı payı tarixi minimuma düşüb

© Elizabeth Frantz / Pool via APABŞ Prezidenti Co Bayden, arxiv şəkli
ABŞ Prezidenti Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Abunə olmaq
Bayden administrasiyasının ikinci ilində ABŞ-ın dünya iqtisadiyyatındakı payı ilk dəfə olaraq 15%-dən aşağı düşüb, 2023-cü ilin sonunda isə 14,82% təşkil edib
BAKI, 10 oktyabr — Sputnik. ABŞ-ın qlobal iqtisadiyyatdakı payı Prezident Co Baydenin dövründə ilk dəfə olaraq 15%-dən aşağı düşüb. Onun səlahiyyət müddətinin sonunda isə bu, rekord minimum olan 14,76% olacaq.
Bu barədə "RİA Novosti" Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinadən xəbər verib.
Qeyd olunub ki, 1990-cı ildə alıcılıq qabiliyyəti pariteti ilə hesablanan qlobal ÜDM-də ABŞ-ın payı 20,16%, 1999-cu ildə isə maksimum 21,01%-ə çatıb. O zaman ABŞ iqtisadiyyatının hasilatı 9,6 trilyon dollar, bütün dünya iqtisadiyyatının istehsalı isə 45,85 trilyon dollar idi.
Sonradan ABŞ-ın dünya iqtisadiyyatındakı payı düşməyə başlayıb, əsas azalma 2006-2008-ci illərdə baş verib.
Prezident Barak Obamanın ikinci dövründə ABŞ-ın payı sonuncu dəfə 16,26%-ə yüksəlib. Lakin bu mövqeyi qorumaq mümkün olmayıb və Obamanın prezidentliyinin son ilində bu pay 16,04%-ə düşüb. Prezident Donald Trampın dövründə pay daha 0,7 faiz bəndi azalıb.
Bayden administrasiyasının ikinci ilində ABŞ-ın dünya iqtisadiyyatındakı payı ilk dəfə olaraq 15%-dən aşağı düşüb, 2023-cü ilin sonunda isə 14,82% təşkil edib. BVF-nin proqnozlarına görə, 2024-cü ilin sonuna kimi ABŞ-ın payı daha 0,06 faiz bəndi azalacaq. Beləliklə, Baydenin prezidentliyinin bütün müddəti ərzində o, 0,58 faiz bəndi azalaraq 14,76%-ə düşəcək.
Qeyd edək ki, Çin qlobal iqtisadiyyatdakı payını 15 faiz bəndi artıraraq 18,76%-ə çatdırıb. Yaponiya isə son 33 ildə öz payını 4,33 faiz bəndi azaldıb.
Bundan əvvəl analitik Oksana Xolodenko bildirmişdi ki, ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini aşağı salmaqla pul siyasətinin yeni mərhələsinə keçmək niyyətindədir.
ABŞ-ın dövlət borcunun növbəti onillikdə rekord həddə - 54 trilyon dollara yüksələcəyi də qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0