https://sputnik.az/20241009/tost-deleduzluq-piramidasina-qarsi-emeliyyat-kecirib-foto-video-467972379.html
"TOST" dələduzluq piramidasına qarşı əməliyyat keçirib-FOTO Video
"TOST" dələduzluq piramidasına qarşı əməliyyat keçirib-FOTO Video
Sputnik Azərbaycan
Nəticədə piramidaya başçılıq edən şəxslərdən biri saxlanılıb. 09.10.2024, Sputnik Azərbaycan
2024-10-09T16:22+0400
2024-10-09T16:22+0400
2024-10-09T16:25+0400
piramida
cəmiyyət
saxlanılan
saxlanılma
ödəniş
cinayət məcəlləsi
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/09/467968929_0:0:1600:900_1920x0_80_0_0_8295354c1cfda21d402b5954536d9cbe.jpg
BAKI, 9 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan "TOST" platforması vasitəsilə insanların kütləvi şəkildə aldadılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə daxil olan məlumatlar əsasında əməliyyat-texniki tədbir həyata keçirilib. Nəticədə piramidaya başçılıq edən şəxslərdən biri 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub. Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov "TOST"a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin "TOST"dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib. Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub. Müxtəlif üsullarla "TOST"a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb. N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Sonda qeyd edək ki, "TOST" dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/09/467968929_200:0:1400:900_1920x0_80_0_0_5e83c18f5196831a631532c7a2841b57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
piramida, saxlanılan, saxlanılma, ödəniş, cinayət məcəlləsi, cinayət məcəlləsi
piramida, saxlanılan, saxlanılma, ödəniş, cinayət məcəlləsi, cinayət məcəlləsi
"TOST" dələduzluq piramidasına qarşı əməliyyat keçirib-FOTO Video
16:22 09.10.2024 (Yenilənib: 16:25 09.10.2024) Nəticədə piramidaya başçılıq edən şəxslərdən biri saxlanılıb.
BAKI, 9 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan "TOST" platforması vasitəsilə insanların kütləvi şəkildə aldadılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə daxil olan məlumatlar əsasında əməliyyat-texniki tədbir həyata keçirilib.
Nəticədə piramidaya başçılıq edən şəxslərdən biri 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.
Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov "TOST"a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin "TOST"dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.
Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub.
Müxtəlif üsullarla "TOST"a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.
N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Sonda qeyd edək ki, "TOST" dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.