CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilərlə sərnişindaşıma azaldılacaq -Rəsmi açıqlama

© iStock.com / KrasnevskyBakıda taksi, arxiv
Bakıda taksi, arxiv - Sputnik Azərbaycan, 1920, 09.10.2024
Abunə olmaq
Anar Rzayev deyib ki, əsas məqsəd taksi və fərdi nəqliyyat vasitələri üzrə göstəriciləri 16%-ə endirmək, ictimai nəqliyyat üzrə isə 41%-ə qaldırmaqdır.
BAKI, 9 oktyabr — Sputnik. Ötən il Bakıda avtobus, metro, taksi və piyada gedişlərlə ümumilikdə 2 milyarda yaxın səfər olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O, bildirib ki, bunun 52%-i taksi və fərdi nəqliyyat vasitələri, 28%-i isə ictimai nəqliyyatla həyata keçirilib:
"Bu göstəriciləri taksi və fərdi nəqliyyat vasitələri üzrə 16%-ə endirmək, ictimai nəqliyyat üzrə isə 41%-ə qaldırmaq planımız var".
"Əsas məqsədimiz Bakının mərkəzinə fərdi nəqliyyat vasitələri ilə girişin azaldılmasıdır", - deyə A.Rzayev əlavə edib.
Xəbər lenti
0