https://sputnik.az/20241009/ran-parlamentarileri-ali-milli-tehlukesizlik-surasina-muraciet-unvanladi-467971832.html
İran parlamentariləri Ali Milli Təhlükəsizlik Şurasına müraciət ünvanladı
İran parlamentariləri Ali Milli Təhlükəsizlik Şurasına müraciət ünvanladı
Sputnik Azərbaycan
Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib. 09.10.2024, Sputnik Azərbaycan
2024-10-09T18:44+0400
2024-10-09T18:44+0400
2024-10-09T18:45+0400
iran
dünya xəbərləri
deputatlar
parlament
təhlükəsizlik
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/42401/86/424018604_0:0:3072:1728_1920x0_80_0_0_1c51a467cf76820daf8abb8aa6513db3.jpg
BAKI, 9 oktyabr — Sputnik. İran parlamentinin 39 nəfərdən ibarət deputat qrupu İranın Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb. Bu barədə müraciətin təşəbbüskarı, deputat Həsənəli Exlaki Əmiri məlumat verib. "İranın nüvə silahı sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edən məktub Ali Milli Təhlükəsizlik Şurasına göndərilib və bu məktub artıq 39 deputat tərəfindən imzalanıb", - Exlaki Amiri bildirib. İran uzun müddətdir ki, nüvə proqramının sülhməramlı xarakterini qoruyur və onun məqsədinin enerji və tibbi texnologiyaların inkişaf etdirilməsi olduğunu iddia edir. İran və dünya gücləri arasında 2015-ci il nüvə sazişinə (Birgə Hərtərəfli Fəaliyyət Planı, JCPOA) əsasən, Tehran sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracağına söz verib. Lakin 2018-ci ildə ABŞ-ın sazişdən çıxmasından və sanksiyaların bərpasından sonra İran öz öhdəliklərinə əməl etməyi tədricən azaldıb. Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib. İsrail İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün hərbi tədbirlər görməyə hazır olduğunu açıq şəkildə bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42401/86/424018604_239:0:2970:2048_1920x0_80_0_0_e280f65aa2ba55060d06bb2a49e38783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, deputatlar, parlament, təhlükəsizlik, təhlükəsizlik şurası
iran, deputatlar, parlament, təhlükəsizlik, təhlükəsizlik şurası
İran parlamentariləri Ali Milli Təhlükəsizlik Şurasına müraciət ünvanladı
18:44 09.10.2024 (Yenilənib: 18:45 09.10.2024) Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib.
BAKI, 9 oktyabr — Sputnik. İran parlamentinin 39 nəfərdən ibarət deputat qrupu İranın Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb. Bu barədə müraciətin təşəbbüskarı, deputat Həsənəli Exlaki Əmiri məlumat verib.
"İranın nüvə silahı sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edən məktub Ali Milli Təhlükəsizlik Şurasına göndərilib və bu məktub artıq 39 deputat tərəfindən imzalanıb", - Exlaki Amiri bildirib.
İran uzun müddətdir ki, nüvə proqramının sülhməramlı xarakterini qoruyur və onun məqsədinin enerji və tibbi texnologiyaların inkişaf etdirilməsi olduğunu iddia edir. İran və dünya gücləri arasında 2015-ci il nüvə sazişinə (Birgə Hərtərəfli Fəaliyyət Planı, JCPOA) əsasən, Tehran sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracağına söz verib. Lakin 2018-ci ildə ABŞ-ın sazişdən çıxmasından və sanksiyaların bərpasından sonra İran öz öhdəliklərinə əməl etməyi tədricən azaldıb.
Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib. İsrail İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün hərbi tədbirlər görməyə hazır olduğunu açıq şəkildə bəyan edib.