https://sputnik.az/20241009/meshur-sirket-telebin-azalmasi-sebebinden-almaniyada-zavodlarini-baglaya-biler-467967919.html
Məşhur şirkət tələbin azalması səbəbindən Almaniyada zavodlarını bağlaya bilər
Məşhur şirkət tələbin azalması səbəbindən Almaniyada zavodlarını bağlaya bilər
Sputnik Azərbaycan
"Volkswagen" Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib ki, buna hətta idxal olunan elektrik avtomobillərinə artan tariflər də mane ola bilmir. 09.10.2024, Sputnik Azərbaycan
2024-10-09T20:31+0400
2024-10-09T20:31+0400
2024-10-09T20:31+0400
volkswagen
iqtisadiyyat
almaniya
zavod
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e8/09/19/467651777_0:91:3043:1802_1920x0_80_0_0_df676d9d2e5fad5a6fca5bdbc1e4593b.jpg
BAKI, 9 oktyabr — Sputnik. Tarixdə ilk dəfə olaraq "Volkswagen" Almaniyadakı zavodlarını bağlaya və işçilərini ixtisar edə bilər. "Kommersant" bu addımın mümkün səbəbləri barədə yazıb. Nəşrin yazdığına görə, avtomobil istehsalçısının dərin böhranına səbəb yerli istehlakçıların elektromobillərə marağının azalması olub. Belə ki, avqustda onların satışları Almaniyada, demək olar ki, 69 faiz, Avropa İttifaqında isə demək olar ki, 44 faiz azalıb. Eyni zamanda, "Volkswagen" Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib ki, buna hətta idxal olunan elektrik avtomobillərinə artan tariflər də mane ola bilmir. "Volkswagen"in baş direktoru Oliver Blumenin qeyd etdiyi kimi, Avropa avtomobil sənayesi çox çətin vəziyyətdədir. Eyni zamanda, istehsal yeri kimi Almaniyanın rəqabət qabiliyyəti azalır. Sentyabrın sonunda "Volkswagen" AG konserninin rəhbərliyi ilə nüfuzlu həmkarlar ittifaqları arasında əmək haqqı ilə bağlı danışıqların aparılacağı məlum olub. Danışıqların nəticəsiavtomobil istehsalçısının işçilərini nə qədər aqressiv şəkildə ixtisar edəcəyinə və Almaniyadakı fabrikləri bağlayacağına təsir edəcək. Daha əvvəl məlum olmuşdu ki, Almaniyada iqtisadi böhran fonunda iqtisadi apokalipsis proqnozlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/19/467651777_17:0:2746:2047_1920x0_80_0_0_4db7a11f175aa881e88e04d38c5582c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
volkswagen, almaniya, zavod, avropa ittifaqı
volkswagen, almaniya, zavod, avropa ittifaqı
Məşhur şirkət tələbin azalması səbəbindən Almaniyada zavodlarını bağlaya bilər
"Volkswagen" Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib ki, buna hətta idxal olunan elektrik avtomobillərinə artan tariflər də mane ola bilmir.
BAKI, 9 oktyabr — Sputnik. Tarixdə ilk dəfə olaraq "Volkswagen" Almaniyadakı zavodlarını bağlaya və işçilərini ixtisar edə bilər.
"Kommersant" bu addımın mümkün səbəbləri barədə yazıb.
Nəşrin yazdığına görə, avtomobil istehsalçısının dərin böhranına səbəb yerli istehlakçıların elektromobillərə marağının azalması olub. Belə ki, avqustda onların satışları Almaniyada, demək olar ki, 69 faiz, Avropa İttifaqında isə demək olar ki, 44 faiz azalıb.
Eyni zamanda, "Volkswagen" Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib ki, buna hətta idxal olunan elektrik avtomobillərinə artan tariflər də mane ola bilmir.
"Volkswagen"in baş direktoru Oliver Blumenin qeyd etdiyi kimi, Avropa avtomobil sənayesi çox çətin vəziyyətdədir. Eyni zamanda, istehsal yeri kimi Almaniyanın rəqabət qabiliyyəti azalır.
Sentyabrın sonunda "Volkswagen" AG konserninin rəhbərliyi ilə nüfuzlu həmkarlar ittifaqları arasında əmək haqqı ilə bağlı danışıqların aparılacağı məlum olub. Danışıqların nəticəsiavtomobil istehsalçısının işçilərini nə qədər aqressiv şəkildə ixtisar edəcəyinə və Almaniyadakı fabrikləri bağlayacağına təsir edəcək.
Daha əvvəl məlum olmuşdu ki, Almaniyada iqtisadi böhran fonunda iqtisadi apokalipsis proqnozlaşdırılır.