https://sputnik.az/20241009/harris-trampin-ukrayna-uzre-plani-olkenin-teslim-olmasina-sebeb-olacaq-467952632.html
Harris: Trampın Ukrayna üzrə planı ölkənin təslim olmasına səbəb olacaq
Harris: Trampın Ukrayna üzrə planı ölkənin təslim olmasına səbəb olacaq
Sputnik Azərbaycan
Demokratlar Partiyasından prezidentliyə namizəd Harris Trampın Ukrayna ilə bağlı planından danışıb. 09.10.2024, Sputnik Azərbaycan
2024-10-09T12:51+0400
2024-10-09T12:51+0400
2024-10-09T12:51+0400
kamala harris
dünya xəbərləri
donald tramp
tramp
plan
ukrayna
xüsusi hərbi əməliyyat
yardım
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437617495_0:0:3072:1728_1920x0_80_0_0_9bbe2e42309740b5268542ec57ebdce0.jpg
BAKI, 9 oktyabr — Sputnik. ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, onun Respublikaçılar Partiyasından rəqibi Donald Trampın Ukrayna ilə bağlı planı ölkənin təslim olmasına gətirib çıxaracaq. Bu barədə Rusiya mediası "CBS"yə istinadən xəbər verib. "O, münaqişəni elə birinci gündə bitirəciyini bildirib. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, kapitulyasiya deməkdir", Harris vurğulayıb. Bu ilin iyununda Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret planının olduğunu bildirib. O, yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə vəziyyəti həll etmək niyyətindən danışıb. Eyni zamanada oktyabr ayında ABŞ-ın sabiq rəhbəri Tramp Ukraynaya xarici yardımın ümumi həcmini açıqlayıb. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Vaşinqton Kiyevə təxminən 300 milyard dollar yardım edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437617495_341:0:3072:2048_1920x0_80_0_0_9e37ad18e88de838fd31694ef10267c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kamala harris, donald tramp, tramp, plan, ukrayna, xüsusi hərbi əməliyyat, yardım
kamala harris, donald tramp, tramp, plan, ukrayna, xüsusi hərbi əməliyyat, yardım
Harris: Trampın Ukrayna üzrə planı ölkənin təslim olmasına səbəb olacaq
Demokratlar Partiyasından prezidentliyə namizəd Harris Trampın Ukrayna ilə bağlı planından danışıb.
BAKI, 9 oktyabr — Sputnik. ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, onun Respublikaçılar Partiyasından rəqibi Donald Trampın Ukrayna ilə bağlı planı ölkənin təslim olmasına gətirib çıxaracaq.
Bu barədə Rusiya mediası "CBS"yə istinadən xəbər verib.
"O, münaqişəni elə birinci gündə bitirəciyini bildirib. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, kapitulyasiya deməkdir", Harris vurğulayıb.
Bu ilin iyununda Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret planının olduğunu bildirib. O, yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə vəziyyəti həll etmək niyyətindən danışıb.
Eyni zamanada oktyabr ayında ABŞ-ın sabiq rəhbəri Tramp Ukraynaya xarici yardımın ümumi həcmini açıqlayıb. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Vaşinqton Kiyevə təxminən 300 milyard dollar yardım edib.