https://sputnik.az/20241009/azstandart-marketlerdeki-mehsullarin-uzerindeki-halal-isaresinin-huquqi-esasi-yoxdur-467971962.html
AZSTANDART: Marketlərdəki məhsulların üzərindəki halal işarəsinin hüquqi əsası yoxdur
AZSTANDART: Marketlərdəki məhsulların üzərindəki halal işarəsinin hüquqi əsası yoxdur
Sputnik Azərbaycan
Marketlərdəki halal fırıldağı ifşa olundu
2024-10-09T16:41+0400
2024-10-09T16:41+0400
2024-10-09T16:41+0400
market
cəmiyyət
"halal"
azərbaycan respublikasının standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
ət
ət
süd
süd məhsulları
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda deyib. "Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) standartlarına cavab verir. Bu böyük bir prosedurdur və bunun üçün müvafiq akkreditasiyadan keçmək lazımdır. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə orqanını təmsil etmək adı ilə bunu həyata keçirirsə, bu, qanuna zidd fəaliyyətdir", - o qeyd edib. İ.Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan ərazisində halal məhsulların və xidmətlərin sertifikatlaşdırması fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə Azərbaycan Akkreditasiya Mərkəzindən də akkreditasiya almaq tələb olunur. O qeyd edib ki, halal infrastrukturun inkişafı həm iqtisadi, həm də mənəvi baxımdan Azərbaycan üçün prioritet məsələlərdən biridir: "Məqsəd bu sahədə istehlakçıların etimadını formalaşdırmaq və onların aldadılmasının qarşısını almaqdır. Son illər aparılan təhlillər göstərir ki, Azərbaycanda istehlakçılarda halal məhsullara o qədər də inam yoxdur. Biz mütləq şəkildə bu inamı yenidən formalaşdırmalıyıq. Çünki bəzi istehsalçılar halal sözünü sadəcə bir brend olaraq istifadə edirlər. Bu, çox çaşdırıcı bir məqamdır və yolverilməzdir". Azərbaycanda "Halal" sertifikatlarının verilməsinə başlanılır Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən "Halal" sertifikatını təqdim etmək hüququnu əldə edib. Xidmətin məlumatına görə, "Halal" sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır. 2022-ci ildən Azərbaycan İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) üzvüdür. AZSTANDART SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçilir, bu günə qədər halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
halal market
AZSTANDART: Marketlərdəki məhsulların üzərindəki halal işarəsinin hüquqi əsası yoxdur
Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru bildirib ki, məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının standartlarına cavab verir.
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur.
Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda deyib.
"Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) standartlarına cavab verir. Bu böyük bir prosedurdur və bunun üçün müvafiq akkreditasiyadan keçmək lazımdır. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə orqanını təmsil etmək adı ilə bunu həyata keçirirsə, bu, qanuna zidd fəaliyyətdir", - o qeyd edib.
İ.Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan ərazisində halal məhsulların və xidmətlərin sertifikatlaşdırması fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə Azərbaycan Akkreditasiya Mərkəzindən də akkreditasiya almaq tələb olunur.
O qeyd edib ki, halal infrastrukturun inkişafı həm iqtisadi, həm də mənəvi baxımdan Azərbaycan üçün prioritet məsələlərdən biridir: "Məqsəd bu sahədə istehlakçıların etimadını formalaşdırmaq və onların aldadılmasının qarşısını almaqdır. Son illər aparılan təhlillər göstərir ki, Azərbaycanda istehlakçılarda halal məhsullara o qədər də inam yoxdur. Biz mütləq şəkildə bu inamı yenidən formalaşdırmalıyıq. Çünki bəzi istehsalçılar halal sözünü sadəcə bir brend olaraq istifadə edirlər. Bu, çox çaşdırıcı bir məqamdır və yolverilməzdir".
Azərbaycanda "Halal" sertifikatlarının verilməsinə başlanılır
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən "Halal" sertifikatını təqdim etmək hüququnu əldə edib.
Xidmətin məlumatına görə, "Halal" sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.
2022-ci ildən Azərbaycan İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) üzvüdür. AZSTANDART SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçilir, bu günə qədər halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edib.