https://sputnik.az/20241009/azerbaycana-idxal-edilen-kere-yaginin-terkibi-deyisdirilir-467972742.html
Azərbaycana idxal edilən kərə yağının tərkibi dəyişdirilir
Azərbaycana idxal edilən kərə yağının tərkibi dəyişdirilir
Sputnik Azərbaycan
Ekspert qeyd edib ki, kərə yağının qiyməti rəqabət olmadığı üçün qiymət bahadır. 09.10.2024, Sputnik Azərbaycan
2024-10-09T18:17+0400
2024-10-09T18:17+0400
2024-10-09T18:18+0400
kərə yağı
cəmiyyət
tərkib
natiq cəfərli
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
gömrük komitəsi
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/09/467972565_0:63:3072:1791_1920x0_80_0_0_fbeda0e7a78ff5499ce93ad49c369061.jpg
BAKI, 9 oktyabr — Sputnik. "Ölkəmizə kərə yağı 9 manata gətirilir, marketdə 20 manata satılır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ölkəyə idxal olunan yağlarla bağlı rəsmi açıqlamanı şərh edərkən bildirib. Onun sözlərinə görə, bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib: "Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub. Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdı". Ekspert qeyd edib ki, rəqabət olmadığı üçün qiymət bahadır: "Ölkəyə yağ gətirən şirkət sayı azdır. Yerli istehsal isə yox dərəcəsindədir . Yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca "oynayırlar", daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar. Maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır". N.Cəfərli deyib ki, rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır: "Bizdə Antiinhisar qurumları topdan yox, pərəkəndə satanlarla "mübarizə" aparır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/09/467972565_341:0:3072:2048_1920x0_80_0_0_504e37bd469805c9635e2baff789532e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kərə yağı, tərkib, natiq cəfərli, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli, gömrük komitəsi, dövlət gömrük komitəsi
kərə yağı, tərkib, natiq cəfərli, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli, gömrük komitəsi, dövlət gömrük komitəsi
Azərbaycana idxal edilən kərə yağının tərkibi dəyişdirilir
18:17 09.10.2024 (Yenilənib: 18:18 09.10.2024) Ekspert qeyd edib ki, kərə yağının qiyməti rəqabət olmadığı üçün qiymət bahadır.
BAKI, 9 oktyabr — Sputnik. "Ölkəmizə kərə yağı 9 manata gətirilir, marketdə 20 manata satılır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ölkəyə idxal olunan yağlarla bağlı rəsmi açıqlamanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib: "Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub. Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdı".
Ekspert qeyd edib ki, rəqabət olmadığı üçün qiymət bahadır: "Ölkəyə yağ gətirən şirkət sayı azdır. Yerli istehsal isə yox dərəcəsindədir . Yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca "oynayırlar", daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar. Maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır".
N.Cəfərli deyib ki, rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır: "Bizdə Antiinhisar qurumları topdan yox, pərəkəndə satanlarla "mübarizə" aparır".